“Düzünü desəm, bu, Avropa Liqasında vurduğum ilk qoldur. Əvvəllər bu turnirdə qol vurmamışdım”.
Qol.az xəbər verir ki, bu sözləri "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.
Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” ilə Çexiyadakı görüşündə (2:2) hesabı açan millimizin üzvü onlardan gözləntinin böyük olduğunu bildirib: “Mənim üçün şans qazanmaq və fərqlənmək çox vacib idi. Bugünkü qarşılaşma heç də az önəm daşımırdı. Lakin hələ heç nə həll olunmayıb. Varşavada cavab oyunu var. Hər kəs 100 faiz köklənməlidir. Klubumuzda hər kəs Avropa Liqasına düşməyimizi gözləyir. Uzun müddətdir, düşünürəm ki, 4 ildir qrupa düşmürük. Buna görə də xəyalımız uğrunda mübarizə aparmalıyıq. İnanın ki, çox çətin olacaq. Cavab oyununa yaxşı hazırlaşmalı, ilk qarşılamanı və nəyi daha da yaxşılaşdıra biləcəyimizi analiz etməliyik”.
24 yaşlı hücumçu Polşadkı görüşün də çətin olacağını qeyd edib: “Bu gün bir komanda oynamaq istəyirdi. Digəri isə müdafiə olunur və əks-hücum imkanları gözləyirdi. Topla çox oynadıqda qol vurmaq vacibdir. Xoşbəxtik ki, bu gün 2 qol vura bildik. Görüşün özü çox maraqlı alındı. İndi Varşavada qalib gəlmək üçün hər şey etməliyik. Cavab matçında asan olmayacaq. İlk oyunda da bunu gördük. Yenə ağır sınaq olacaq. İnanıram ki, qrup mərhələsinə düşə biləcəyik”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi