“Biz oyuna yaxşı başladıq. Sonra üç qol buraxdıq. Şadam ki, 1:3-dən geri dönə bildik və heç-heçəyə nail olduq".
Qol.az xəbər verir ki, bu sözləri “Makkabi”nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” ilə ilk görüşündən (3:3) sonra mətbuat konfransında deyib.
O, Bakıdakı nəticənin onları qane etdiyini bildirib: "Bir həftədən sonra cavab görüşü keçiriləcək. Biz doğma azarkeşlərimiz önündə oynayacağıq. “Neftçi” güclü komandadır və eyni səviyyəli rəqiblər oynayırdı. Rəqibin ilk qolu gözəl alındı. Sonra ruhlanıb daha iki qol vurdular. Bu nəticə bizi qane edir”.
Barak Baxar “Neftçi”nin cəmi 17 dəqiqədə oyunu dəyişdiyini bildirib: “Sabir Buqrin Mərakeş yığmasına çağırılıbsa, yaxşı oyunçudur. Yusuf Laval da yaxşı futbol göstərdi. Emin Mahmudovu da fərqləndirərdim. “Neftçi” 17 dəqiqə ərzində oyunu dəyişib üç qol vurdu. Həmin dəqiqələrdə meydanda bir komanda var idi. Amma sonradan oyunun axarı yenə dəyişdi. Əsas məqsədimiz qrupa çıxmaqdır. Hər şeyə hazırıq. Cavab görüşündə nə biz dincələcəyik, nə də “Neftçi”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi