“Bu cür meydançada oyun sərgiləmək çətindir”.
Qol.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Aberdin”in baş məşqçisi Stefen Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a Bakıda uduzduqları (0:1) oyundan sonra mətbuat konfransında deyib.
- Dünən demişdiniz ki, “Qarabağ”dan çəkinmirsiniz. Bugünkü məğlubiyyətdən sonra rəqibdən qorxursunuz?
- Dünən də dediyim kimi, “Qarabağ”a hörmətlə yanaşırıq. Növbəti həftə tam fərqli matç olacaq. Hər iki komanda gözəl oyun göstərəcək.
- Meydança amili daha çox “Qarabağ”a, yoxsa “Aberdin”ə mane oldu?
- Hər iki komandaya təsir etdi. “Qarabağ”ın daha yaxşı meydanda bundan da baxımlı oyun göstərdiyini bilirəm.
- Oyundan əvvəl “Aberdin” rəsmisi bildirmişdi ki, belə meydançadan həvəskarlar liqasında yararlanır...
- Bu, həqiqətə yaxındır. Bizdə həvəskar səviyyədə olan komandalar belə meydançada oynayır. Amma bu, hər iki komanda üçün bir səbəb deyil. Hər iki komanda daha yaxşı meydançada daha gözəl oyun göstərə bilər.
- Bu məğlubiyyətdən sonra şansları necə görürsünüz?
- “Qarabağ”ın gücünə bələdik. Amma bu, duelin ilk hissəsidir. “Qarabağ” növbəti həftə Şotlandiyaya səfər edəcək. Uzun yol gedəcək, onların öyrəşmədiyi mühit olacaq. Bu baxımdan şansları yarı-yarıya hesab edirəm.
- Oyunda sarı vərəqə aldınız. Hakimin bu qərarı ilə razısınız?
- Təbii ki, razı deyiləm. Hakimə etirazımı bildirdim. Zədələnən vaxt oyunçumuzu meydandan kənara çıxardılar. Hakimdən bunun səbəbini soruşdum. Cavabı belə oldu ki, həkim müdaxiləsi uzun çəkdi, bu üzdən kənara çıxmalıdır.
- Yaxşı oynamağınıza “Qarabağ” mane oldu, yoxsa ot örtüyü?
- Hər iki amili qeyd etmək istərdim. “Qarabağ” bura daha çox uyğunlaşıb. İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, ortabab komanda olsaydıq, bu “Qarabağ”a 0:4 hesabı ilə də uduzardıq.
- Cavab oyunu ilə bağlı hansı planlarınız olacaq?
- Bazar günü oyunumuz olacaq. “Qarabağ”ı öncədən təhlil etmişik. Bu gün daha çox atletik oyun oldu. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda Patrik Andrade iştirak etməyəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi