Bu gün futbol üzrə 19-cu Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, saat 15:00-da AFFA-nın inzibati binasında keçirilən tədbirdə kubokun 1/16 və 1/8 final mərhələsinin püşkü atılıb.
Peşəkar Futbol Liqası klubları səbətlərə bölüb. İlk üç səbətdə Premyer Liqanın 12 komandası yer alıb. Onlar ötən ilin nəticələrinə əsasən bölünüb. İkinci səbətdə isə birinci divizionun 10 komandası yerləşib. Aşağı dəstənin 4 komandası yarışdan imtina edib. “Sumqayıt”, “Ədliyyə”, “Göyəzən” və “Energetik” yarışlara qatılmayıb. Tədbirin gedişində verilən məlumata görə, bu mövsümdən etibarən kubokun 1/16, 1/8 final mərhələləri bir oyundan ibarət olacaq. 1/16 final mərhələsində 6 oyun keçiriləcək. Birinci divizion klubları ilə yanaşı, Premyer Liqanın debütantları – “Gəncə” və MOİK də mübarizəyə ilk mərhələdən başlayacaq. 1/16 və 1/8 final mərhələlərinində üz-üzə gələcək komandalar müəyyənləşdikdən sonra, ev və səfər komandalarını müəyyənləşdirmək üçün də püşkatma keçirilib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 və 1/8 final mərhələlərinin oyunları bu il keçiriləcək. 1/16 finalın oyunları oktyabrın 26-27-də, 1/8 finalın oyunları isə dekabrın 7-8-də baş tutacaq. 1/4 finalın oyunları isə 2011-ci ilin martında keçiriləcək. Yarımfinal oyunları 27 aprel və 4 may tarixlərində, həlledici qarşılaşma isə mayın 28-də baş tutacaq.
1/16 final
“Bakılı” - “Neftçi” İSM
“Karvan” – “MKT-Araz”
“Anşad Petrol” – “Şuşa”
“Şəmkir - Rəvan”
“Şahdağ” – “Gəncə”
“Abşeron” - MOİK
1/8 final
1. “Şahdağ”/“Gəncə” - “Neftçi”
2. “Xəzər Lənkəran” - “Karvan”/“MKT-Araz”
3. “Qəbələ” - “Bakılı”/“Neftçi” İSM
4. “Bakı” - “Muğan”
5. “Simurq” - “Abşeron”/MOİK
6. “Anşad-Petrol”/“Şuşa” - “İnter”
7. “Şəmkir”/“Rəvan” – AZAL
8. “Qarabağ” - “Turan”
1/4 final mərhələsi
A. 1-2
B. 3-4
C. 5-6
D. 7-8
Yarımfinal
A – B
C – D
Final
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi