İngiltərəli azarkeşlər İtaliya millisi üçün atəşfəşanlıq etdi

İngiltərəli azarkeşlər İtaliya millisi üçün atəşfəşanlıq etdi
AVRO-2020 11 İyul 2021 / 18:58 1511
-  A +

Britaniyalı azarkeşlər bu gün Avro-2020-nin finalı öncəsi İtaliya millisinin qaldığı otelin qarşısında atəşfəşanlıq ediblər.

Qol.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. İtaliya millisi Avro-2020-nin finalında İngiltərə ilə matçdan əvvəl Londondakı bir otelə yerləşib. Gecə saat 03:30 radələrində isə yerli azarkeşlər sözügedən otelin qarşısına gələrək havaya fişənglər atıblar.

Bildirilir  ki, oteldə otaqlar izolyasiyalı olduğu üçün futbolçular fişəng səslərini eşitməyiblər.

Qeyd edək ki, "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq