Mançini: "Bu, finalı qazanmağın yeganə yoludur"

Mançini: "Bu, finalı qazanmağın yeganə yoludur"
AVRO-2020 10 İyul 2021 / 18:28 2346
-  A +

"Çox diqqətli olmalıyıq, həm də oyundan zövq almalıyıq. Çünki bu, bir futbol matçıdır. Gərgin və stresli olsanız, futbol oynaya bilməzsiniz".
 
Qol.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin finalında İngiltərə ilə keçirəcəkləri matç barədə danışarkən deyib. O,

"Rəqiblərə təzyiq göstərməliyik. Hər şeydən zövq almağa çalışmalıyıq. Bu, finalı qazanmağın yeganə yoludur. Əlbəttə ki, matçlar sona qədər oynanılmalıdır. İngiltərə əla komandadır. Fiziki və texniki cəhətdən güclüdürlər, mübarizə aparırlar. Buna görə də biz də sona qədər mübarizə aparmalıyıq".

Qeyd edək ki, sabah Londondakı "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq