Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub.
Qol.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumunun tədbirlərin təşkili üzrə baş direktoru Martin Kallenin adından göndərilən məktubda deyilir:
"Hörmətli həmkarlar, Bakıda keçirilən 4 oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur!
Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz.
Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz.
Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız.
Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!".
Qeyd edək ki, Bakı Olimpiya Stadionu qrup mərhələsinin Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka görüşünə ev sahibliyi edib.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
"Sabah"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi
Keyn: "Yas içindəyik, amma Tuxelə etibar edirik”
"Turan Tovuz" üçün yeni rəqib
"Sabah"ın rəqibi Bakıdadır - Video
Mundiallar tarixində yeni rekord - 6,8 milyon...
Skaloni Argentina millisindəki gələcəyi haqda
Yamal Messini qucaqladı - Finaldan fotolar
Dünyada ilk!
Yamal dünya futbolu tarixinə düşdü
İspaniya liderliyə yüksəldi, Almaniya "10-luğ"u tərk etdi
İspaniyanın çempionluğu - Video
Mundialın ən yaxşı futbolçusu açıqlandı
Finalın "1 nömrə"si
Simon mundialın ən yaxşı qapıçısı seçildi
“Qızıl buts”u o qazandı
İspaniya ikinci dəfə dünya çempionu oldu
Messi dünya çempionatlarının tarixinə düşdü
Dünya futbolunda ilkə imza atdı
Afrika Çempionlar Liqasında komandaların sayı artırıla bilər
Yamalın atası finalı stadiondan izləməyəcək