“İspaniya Belçikadan fərqli olsa da, asan matç olmayacaq. Qarşılaşma əvvəlki oyunumuzdan çox fərqlənəcək, ancaq çətinliklər az olmayacaq. İspaniya uzun illər əsas turnirlərə hakim olub. İndi heyətləri dəyişib, komanda gəncləşib, amma yenə də bir çox möhtəşəm oyunçusu və yaxşı məşqçiləri var".
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin yarımfinalında İspaniya ilə oyun öncəsi deyib.
"Mətbuat İtaliyanı turnirin favoriti hesab edir? Ümid edirəm, haqlısınız, amma bu, o qədər də asan deyil. Çox yüksək səviyyədə oynamalıyıq. İspaniyanın əla komandası var. Yarımfinaldayıq. Bu mərhələdə asan matçlar tapmaq çətindir" - deyə o bildirib.
Qeyd edək ki, sabah Londonun "Uembli" stadionunda keçiriləcək İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat