"Əlbəttə, hamımız yaxşı nəticələr əldə etmək istəyirik. İspaniya millisi bu turnirin hər matçında daha yaxşı oynayır. Rəqibə hörmətimizi göstərməliyik. Həm İtaliya, həm də İspaniyanın özünəməxsus oyun tərzi var. Qarşılaşma ərzində diqqətli olmalı, hər mövqedə yaxşı müdafiə olunmalıyıq".
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin futbolçusu Leonardo Bonuççi Avro-2020-nin yarımfinalında İspaniya ilə oyun öncəsi deyib.
"Çox açıq futbol oynanılacaq. Həm İspaniya, həm də İtaliya öz futbolunu oynamağa çalışacaq. İspanların bizə problem yaratmaması üçün diqqətli olmalıyıq. Olmo və Morata bacarıqlı hücumçulardır" - deyə o bildirib.
34 yaşlı müdafiəçi söyləyib ki, italyanların onlarla qürur duyması üçün əllərindən gələni edəcəklər: "Finala çıxmağı bacarsaq, bu uğurumuzu Leonardo Spinazzolaya həsr edəcəyik. Çünki onu zədə səbəbindən itirmək ağırdır. O, həmişə bizə nə qədər güclü olduğunu göstərir. Əməliyyatdan sonra bu yolla sona qədər getməyimizi istədiyini söylədi. Bunu da Leonardo üçün etməyə çalışacağıq".
O, görüşün favoritinin olmadığını vurğulayıb: "Nə etməli olduğumuza, oyunumuzu harada inkişaf etdirəcəyimizə diqqət yetirməliyik. Turnirin yarımfinal mərhələsinə kimi çatmışıq. Hansı möhtəşəm arenada çıxış etməyimiz və bu görüşdə qələbə qazanmağımızın finalda oynamağımıza imkan verməsi bizi həvəsləndirməlidir".
Qeyd edək ki, sabah Londonun "Uembli" stadionunda keçiriləcək İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır