Avro-2020-nin 1/4 finalında Ukraynaya 4 cavabsız qolla qalib gələn İngiltərə millisi rekorda imza atıb.
Qol.az xəbər verir ki, britaniyalılar tarixində ilk dəfə Avropa çempionatının 5 oyununun heç birində qapısından top buraxmayıb.
Komanda həmçinin, ardıcıl 7 matçda (662 dəqiqə) qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, qrup mərhələsində Xorvatiya və Çexiyaya 1:0 hesabı ilə qalib gələn İngiltərə millisi Şotlandiya ilə qolsuz heç-heçə edib. 1/8 finalda Almaniyaya 2:0 hesabı ilə qalib gələn Qaret Sautqeytin komandası 1/4 finalda Ukrayna yığmasını 4:0 məğlub edib. İngilislər yarımfinalda Danimarka ilə üz-üzə gələcək. Oyun iyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat