“Ümid edirik ki, bu oyun Çexiya və Danimarka vətəndaşlarının ölkəmizə yaxından maraq göstərməsində, turist olaraq gələcəkdə Bakıda keçiriləcək idman tədbirlərinə qatılmalarında rol oynayacaq. Skandinaviya təmsilçisi Danimarkanın və Orta Avropa ölkəsi hesab edilən Çexiyanın Azərbaycan paytaxtında oynamasına görə fəxr edirik. Əlbəttə ki, daha əvvəl Türkiyə, İsveçrə və Uelsin oyunları Bakıda keçirilib".
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunundan əvvəl "Einnews" nəşrinə açıqlamasında deyib.
“Oyunu səbirsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycandakı azarkeşləri çoxu üçün yeni olmasına baxmayaraq, mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya ciddi dəstək veriləcək. Digər tərəfdən, azarkeşlər son oyunda Niderlandı məğlub edən Çexiyanı da yaddan çıxarmayıblar" - deyə o bildirib.
E.Məmmədov hər iki komandanın Avro-2020-də möhtəşəm anlar yaşadığını söyləyib: "Andreas Kristensenin Danimarkanın 4:1 hesablı qələbəsində Rusiyaya vurduğu qol və "Hampden Park"dakı Şikin qolu göz önünə gəldi. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka görüşü saat 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır