1/4 finalın iki oyununa hakim təyinatları - Avro-2020

1/4 finalın iki oyununa hakim təyinatları -  Avro-2020
AVRO-2020 30 İyun 2021 / 16:08 182763
-  A +

Avro-2020-nin 1/4 finalında keçiriləcək İsveçrə – İspaniya və Belçika – İtaliya matçlarının hakim təyinatları açıqlanıb. 

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək İsveçrə – İspaniya matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bret və Saymon Bennett kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı Ovidiu Haçeqan yerinə yetirəcək.
 
Almaniyanın Mühnen şəhərində keçiriləcək Belçika – İtaliya matçını isə Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Yan xətdə ona Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını argentinalı Andres Rapallini yerinə yetirəcək.
 
Qeyd edək ki, hər iki oyun iyulun 2-də keçiriləcək.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq