“Öz aramızda keçirdiyimiz toplantılarla problemimizi həll etdiyimizi düşünürəm. İtaliya ilə oyundan dərslər çıxarsaq, Uels və İsveçrə ilə görüşlərdə qələbə qazana bilərik".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda sabah Uelslə Bakıda keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.
36 yaşlı hücumçu Bakıda keçiriləcək iki oyunda 6 xal qazanmağı hədəflədiklərini bildirib: “Sabah hər zamankı oyunumuzu izlətdirəcəyimizi düşünürəm. İtaliya ilə matçdan sonrakı ilk iki gündə çox pis durumda idik. Amma baş məşqçinin də sayəsində özümüzə gəldik. Bakıdakı oyunlarda hədəf 6 xal qazanmaqdır”.
Burak Yılmaz sabah Uels millisinin Bakı Olimpiya Stadionunda səfər, Türkiyə yığmasının isə ev oyununa çıxacağını vurğulayıb: “Bütün Azərbaycan xalqına təşəkkürümüzü bildiririk. Onlar bizim qardaşlarımız, dostlarımızdır. İlk gündən bizi öz evimizdəki kimi hiss etdirdilər. Bu dəfə öz meydanımızda oynayacağıq. İtaliyada əsl səfər oyununa çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik. Sabah da Uelsə özünü səfərdəki kimi hiss etdirməyə çalışacağıq”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır