Rusiya millisinin futbolçusu Yuri Jirkov yığmanın düşərgəsini tərk edib.
Qol.az Rusiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna onun Avro-2020-nin qrup mərhələsinin ilk turunda Belçika ilə matçda (0:3) zədələnməsi səbəb olub. Zədənin ağırlığını nəzərə alaraq məşqçilər heyəti yarımmüdafiəçini millinin heyətindən çıxarmağa qərar verib. O, yaxın vaxtlarda Moskvadakı ixtisaslaşmış klinikalardan birində reabilitasiyaya başlayacaq.
Beləliklə, 37 yaşlı oyunçu Avro-2020-nin digər görüşlərində iştirak etməyəcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər