Portuqaliya millisinin futbolçusu Ruben Diaş Avro-2020-dən gözləntilərini bölüşüb.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi turnirin qrup mərhələsinin ilk turunda Macarıstanla oyun öncəsi deyib:
“Bizi Avro-2016-da qələbəyə aparan qaydalara riayət etməyimiz vacibdir. Bu, hər görüşə ağılla yanaşmaq və komanda oyunu oynamaq deməkdir. Yəni meydanda “mən” yox, yalnız “biz” olmalıyıq. Başqa yol yoxdur. Bu, 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında və digər turnirlərdə də belə idi. Yarışda mümkün olan yeganə yanaşma budur".
R.Diaş Portuqaliya millisinin qələbəsini birdən-birə yüksəliş və ya təsadüf adlandırmayıb: "Hər şey uzun illərin işinin və seçilən istedadlı kadrların nəticəsi idi. Sonra komanda oyunu ilə uğur qazandıq. İstedadlı futbolçular yaxşıdır, amma heç kim nəyisə tək əldə edilmir. Bu komandanın uğur qazanmağının digər bir səbəbinin də oyun tərzimiz olduğuna inanıram. Xüsusilə böyük turnirlərdə komandanın maraqları hər şeydən üstün tutulduğu və hamının ortaq bir məqsəd üçün çalışdığı zaman nəticə yaxşı olur”.
Qeyd edək ki, Portuqaliya millisi bu gün Macarıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır