Almaniya millisinin qapıçısı Manuel Noyer Avro-2020-nin qrup mərhələsinin ilk turunda Fransa ilə oyun öncəsi fikirlərini bildirib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, yığmanın futbolçularının saçlarının uclarına qədər turnirə motivasiyalı olduğunu söyləyib: "Avropa çempionatının başlamasını çoxdan gözləyirdik. Hər oyunçu hazırdır. İlk oyunumuzu evdə Münhendə keçirəcəyik. Azarkeşlərimizə borclu olduğumuzu bilirik, oyunumuzla onları ovsunlamaq istəyirik. Dəstəyə ehtiyacımız var. Uğurlu çıxış edəcəyimizə ümid edirik".
Noyer rəqib komandanın hücumçusu Kilian Mbappeni necə dayandıracaqları ilə bağlı verilən sualı belə cavablandırıb: "Hər şeydən əvvəl özümüzü sabit şəkildə qorumalıyıq, bu qapıçıya da aiddir. Mbappe dünya səviyyəli bir oyunçudur, amma tez-tez belə oyunçularla qarşılaşırıq".
Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Almaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər