İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsində İsveçlə bu gün keçiriləcək görüşlə bağlı danışıb.
Qol.az xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında deyib: “Artıq beynimdə bu matç üçün start heyəti var. Ancaq futbolçularda yarana biləcək hər hansı bir narahatlıq bu planı dəyişə bilər. Axşama doğru hər şey dəqiqləşəcək. Biz ən xoş anı yaşayırıq. Stadiona gedərək o atmosferdə nəfəs alacağıq. Futbolçularımın onlardan nə istədiyimi başa düşdüyünə görə məmnunam".
Qeyd edək ki, bu gün Sevilyada keçiriləcək İspaniya - İsveç oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər