"Rəqiblərimizin oyunları istədiyimiz kimi başa çatdı. Amma qrupdakı mövqeyimizdə dəyişiklik olmadı. Bəlkə də bizə 4 xal kifayət edəcək".
Qol.az "Milliyet"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 haqda futbolçularla danışarkən deyib.
Türk mütəxəssis Uels - İsveçrə oyununun (1:1) heç-heçə ilə başa çatmasından sonra futbolçularda xəbərdarlıq edib və onlara arxayınlaşmamalı olduğunu bildirib. Günəş oyunçulara söyləyib ki, hədəfləri digər iki oyunda qələbə qazanaraq qrupdan çıxmaqdır: "Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı sevindirməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".
Qeyd edək ki, Avro-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat