37 yaşlı Pandevdən tarixi qol

37 yaşlı Pandevdən tarixi qol
AVRO-2020 13 İyun 2021 / 20:52 3684
-  A +

Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev Avro-2020-nin C qrupunda hazırda Avstriya ilə keçirilən görüşdə tarixi qola imza atıb.

Qol.az xəbər verir ki, makedoniyalılar ilk dəfə bu turnirə qatılırlar. Pandevin matçın 28-ci dəqiqəsində vurduğu bərabərlik qolu əlamətdar olub. Bu, Şimali Makedoniya millisinin Avropa çempionatının final mərhələsində ilk qolu kimi tarixə düşüb.

Bundan başqa, "Cenoa"nın forvardı turnirdə qol vuran ən yaşlı futbolçuların siyahısında 2-ci olub. 37 yaş 321 günlüyündə rəqib qapısına yol tapan hücumçu yalnız avstriyalı İvitsa Vastiçdən (38 yaş 257 gün) geri qalır. 

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk