Belçikalı futbolçu üçün Avro-2020 erkən başa çatdı

Belçikalı futbolçu üçün Avro-2020 erkən başa çatdı
AVRO-2020 13 İyun 2021 / 10:54 2661
-  A +

Avro-2020-nin ilk oyununda Rusiyaya 3 cavabsız qolla qalib gələn Belçika millisi ciddi itki ilə üzləşib.
 
Qol.az xəbər verir ki, komandanın müdafiəçisi Timoti Kastan zədələnib. Rəqib futbolçu Daler Kuzyayevlə toqquşaraq ağır zədə alan 25 yaşlı müdafiəçi 27-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
 
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Roberto Martines Kastan üçün Avro-2020-nin erkən başa çatdığını bildirib. Futbolçunun ayağında qırıq aşkarlanıb.

Qeyd edək ki, Timoti Kastan İngiltərənin "Lester" klubunda çıxış edir.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu