"Qarabağ"dan yeni transfer - Rəsmi

"Qarabağ"dan yeni transfer -  Rəsmi
ÖLKƏ FUTBOLU 11 İyun 2021 / 15:26 9518
-  A +

"Qarabağ"ın gözlənilən transferi reallaşıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovskini heyətinə cəlb edib. Braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm Portuqaliyanın 2-ci divizionunda “Vilafrenkensi” klubunda çıxış edib, 27 oyuna 5 qol vurub. O, karyerasına “Koritiba”da başlayıb və müxtəlif illərdə Braziliyada “Londrina”, Portuqaliyada “Eştoril” kimi klublarda oynayıb.



Daha çox


Son xəbərlər