“Avro-2020”yə hazırlaşan Türkiyə millisi dünən keçirdiyi son yoxlama oyununda Moldovaya 2:0 hesabı ilə qalib gəlib.
Qol.az xəbər verir ki, Almaniyada təşkil edilən bu qarşılaşmadan sonra qardaş ölkə komandasının baş məşqçisi Şenol Günəş mətbuat konfransı keçirib. O, futbolçularının hazırkı durumunu dəyərləndirib. Şenol Günəniş dediklərindən:
“İtaliya ilə oyun fərqli olacaq”
"Cengizin (Cengiz Ündər – red.) qol vurması yaxşı oldu. Rəqibdən daha güclü komandayıq. Zaman-zaman təzyiq etməyə çalışdıq. Müxtəliflik baxımından əskiklik vardı. Dəqiq ötürmələrlə nəticə alına bilər. İtaliya ilə oyun fərqli olacaq. Müdafiədə oynayan komandaya qarşı nələr edə biləcəyimizi gördük. Bu və öncəki oyunlarda futbolçularımızın performansına şahid olduq. İtaliya həm güclü, həm də ev sahibidir. Bu gün Kənan (Kənan Karaman – red.) istəkli idi. Bəzi oyunçuları harada və necə oynadacağıma qərar verəcəyəm. Nə zaman nə gələcəyini bilmirik. Hər kəsin hazır olması lazımdır”.
“Qarşıdakı 8 gündə komandamın hər gün addım-addın daha yaxşı olmasını və İtaliya ilə oyunu gözləyirəm. Çağlar Söyüncünün fiziki olaraq problemi yoxdur. Merihin keçən görüşdə zədəsi vardı. Kaanı ortada görmək istədim. Hamısını analiz edə bilərik. Mert ağıllı bir oyunçudur. Umut, Rıdvan var. Daxildə yarana biləcək problemləri həll etməmiz lazımdır”.
Günəş Kənan haqda nələr dedi?
Ş.Günəş bildirib ki, bütün futbolçularını İtaliya ilə oyuna görə hazırlayacaqlar: “Qrupdakı bütün oyunlarda hər futbolçumuza ehtiyac duyula bilər. Performans olaraq əskiklikləri olan, amma istedadlarına inandığımız İrfan, Abdülkadir və Dorukxanı oteldə saxladıq. Onlar iki məşq etdilər. Bu gün qələbə qazanmaq, Cengiz və Burakın qol vuraraq komandaya motivasiya verməsi önəmli idi. Düşüncələrimizi qismən həyata keçirdik. Kənan çox əla çalışdı, matçı tam yaşadı. Bütün futbolçular İtaliya ilə görüşlərdə eyni duyğu ilə oynayacaqlar”.
Təkcə Kənan Karamanın yox, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Burak Yılmaz, Kaan Ayhan, Merih Demiral və Çağlar Söyüncünün də yaxşı oynadığını qeyd edən Günəş deyib: "Kənan isə ilk dəqiqədən sanki final matçındakı kimi çıxış etdi. Özünü sübut etmiş kimi oynayırdı. Bütün futbolçularımız bunu edəcək. Mert də ötən oyun belə oynamışdı. Bu gün yaxşı oyun vardı. Amma mühüm olan bunu İtaliya ilə maçda da göstərməkdir. Çünki hazırlıq matçında nə qədər yüksək səviyyədə çıxış etsən də, xal vermirlər. Bu gün də əksiklərimiz, top itkilərimiz oldu, hücumları istədiyimiz kimi bitirə biıməz. Bəzən asta davrandıq”.
Xatırladaq ki, A qrupunda yarışacaq Türkiyə millisi ilə matçını iyunun 11-də Romada İtaliya, iyunun 16-sı və 20-də isə Bakıda Uels və İsveçrəyə qarşı keçirəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi