AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla azarkeşlərin Avro-2020-nin oyunlarına hansı formada buraxılacağı barədə açıqlama verib.
O, Qol.az-a deyib ki, matç günü stadiona giriş üçün COVİD-19 testi tələb olunmayacaq:
"Xaricdən gələn azarkeşlər Prezidentin sərəncamında göstərildiyi kimi yalnız milli komandasının oyunları Bakıda keçiriləcək ölkələrin - Böyük Britaniya, İsveçrə və Türkiyə vətəndaşları olmalıdır. Bu ölkələrin vətəndaşlarının ölkəyə daxil olmaq üçün bileti və ya bileti təsdiq edən sənədi əllərində varsa, həmin sənədi təqdim edərək viza alıb, ölkəyə daxil ola bilərlər".
F.Abdulla bildirib ki, oyunlar zamanı Bakı Olimpiya Stadionunun girişində yalnız bədənin temperaturu ölçüləcək: "Hərarət normadadırsa, həmin şəxs stadiona buraxılacaq. Stadiona daxil olmaq üçün vaksin və ya neqativ COVİD-19 nəticəsi tələb olunmur".
Qeyd edək ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Ramiq Ağaməmmədov
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır