"Monako" - "Lion" oyununda kütləvi dava - Şəkillər

"Monako" - "Lion" oyununda kütləvi dava -  Şəkillər
VİDEO 3 May 2021 / 10:28 2838
-  A +

Fransa çempionatının 35-ci turunda ötən gecə keçirilən "Monako" - "Lion" oyunu xoşagəlməz sonluqla bitib.

Qol.az xəbər verir ki, hakimin final fitindən sonra komandalar arasında kütləvi dava olub. Davanın dəqiq səbəbi hələlik bilinmir. Matçın sonuna yaxın futbolçular arasında gərginliyin bu qarşıdurmaya gətirib çıxarması ehtimal edilir. Görüşün baş hakimi hər komandadan iki futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, oyun "Lion"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Monako"nun son 9 oyunda ilk məğlubiyyəti olub.











Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı