Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu iki ölkə arasındakı dostluq münasibətlərinə həsr olunan videoçarx hazırlayıb.
Qol.az xəbər verir ki, #DearAzerbaijan həştəqi ilə paylaşılan videoçarxda Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov yer alıb. Konsulluğun mətbuat xidmətinin yaydığı mətndə bu sözlər qeyd edilib:
"Ağrı yox, yorğunluq yox, şübhə yox...Yalnız məqsəd var!
Məqsəd – özümüzün ən mükəmməl nümunəsini yaratmaqdır. Tarix təkrarlanır, elm, sənət, idman zamana uyğun olaraq durmadan yenilənir. Sərhədlər yox olur, tarixən yaxın olan millətləri və dövlətləri daha da yaxınlaşdırır. İnkişaf edən qarşılıqlı münasibətlər, kökləri bir-birinə bağlı olan Ukrayna - Azərbaycan dostluğunda da bundan sonrakı uğurların təməlini qoyur. Birgə hədəflər müəyyən edilir və ona doğru yol alınır. Sürət zamanın dəyərini unutdursa da, bəzən gedilən yol uzun gəlir, bəzən isə qələbə üçün sadəcə bir neçə dəqiqə bəs edir. Beləliklə, sürət bizi həm də inkişafa aparır. Ən əsas məqsədimiz hədəflərimizi düzgün müəyyən etməkdir. Çünki əldə etdiyimiz uğurlar bir sonrakı mərhələni müəyyən edir. Bu qələbələrdə yanımızda olanlar isə... kimliyimizi bildirir”.
Konsulluq çarxın ərsəyə gəlməsindəki köməkliyə görə Olimpiya Döyüş Klubundan Oqtay Musayevə, MMA üzrə dünya çempionu Vüqar Kərəmova və Olimpiya Stadionunun direktoru Cavid Qarayevə təşəkkür edib.
Mətnin Ukrayna dilində olan hissəsi:
Без болю, без втоми, без сумніву ... Є тільки мета!
Мета - створити найдосконаліший приклад самих себе. Історія повторюється, наука, мистецтво, спорт постійно оновлюються відповідно до часу. Кордони зникають, зближуючи історично близькі народи і держави. Відносини що розвиваються закладають основу для подальших успіхів у тісній україно-азербайджанській дружбі. Ставляться спільні цілі та йдуть до них. Хоча швидкість забуває про цінність часу, іноді шлях буває довгим, а іноді для перемоги достатньо лише кількох хвилин. Таким чином, швидкість також веде нас до розвитку. Наша головна місія - правильно ставити цілі. Тому що кожен успіх визначає наш наступний крок. Ті, хто з нами в цих перемогах ... заявляють, хто ми є насправді.
#DearAzerbaijan
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı