Çeçenistan lideri Ramzan Kadırovun 13 yaşlı oğlu Adam boks turnirində rəqibinin zərbələri ilə üzləşən kimi qalib elan olunub.
Qol.az “Azadlıq” radiosunun saytına istinadən xəbər verir ki, qarşılaşmadan bir fraqment “VKontakte” sosial şəbəkəsində yayılıb. Çeçenistan liderinin oğlunun rəqibi, Kabardin-Balkariyadan gənc boksçu Aslan Bittirov Adam Kadırovun hücumuna hücumla cavab verir, bir neçə dəfə başından zərbə endirir. Bu an hakim qəfildən döyüşü dayandırır və ayaq üstə düz dayanan Battirova birdən səkkizə kimi saymağa başlayır. Sonra boksçunun sekundantı rinqə dəsmal ataraq onun məğlubiyyətini tanıyır. Battirov özü isə təəccüblə əllərini yana açır.
“Maç! Döyüşçü” (Матч! Боец) telekanalının şərhçisi belə referinin qərarından və elan olunan nəticədən təəccübləndiyini bildirir. “Düzünü desək, yetərincə aydın deyil”, – şərhçi efirdə deyib.
Boks üzrə beynəlxalq turnir aprelin əvvəlində Qroznıda keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub. Yarışdan sonra “Qrozni-inform” portalı yazıb ki, Adam Kadırov rəqibinə “heç bir şans verməyib”.
Turnir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunub.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı