Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı hücumçular Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda “Desna”nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Azərbaycanlı futbolçular bu qələbədə böyük pay sahibi olublar. Millimizin üzvü Nuriyev görüşdə dubl edib. O, qollardan birini penaltidən vurub. Sona qədər meydanda olan futbolçu digər qolun ötürməsini də verib. Əhmədzadə isə Nuriyevin 2-ci qolunun ötürməsini edib. Start heyətdə meydana çıxan Rüstəm 66-cı dəqiqədə əvəzlənib.
Nuriyev dubl etməklə bu mövsüm Ukrayna çempionatındakı qollarının sayını 10-a çatdırıb. O, Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.
Qeyd edək ki, "Minay" 22 turdan sonra 18 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Nuriyevin "Desna" ilə oyundakı qollarıAvropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı