"Valensiya"dan irqçiliyə etiraz - Video

"Valensiya"dan irqçiliyə etiraz -  Video
VİDEO 6 Aprel 2021 / 19:30 849
-  A +

İspaniyanın “Valensiya” klubu bir neçə gün əvvəl irqçiliyə məruz qalan futbolçusu Muktar Diakabiyə dəstək nümayiş etdirib.

Qol.az xəbər verir ki, komandanın növbəti məşqindən əvvəl klub prezidenti Anil Murti, baş məşqçi Xavi Qarsiya, məşqçilər heyəti və futbolçular irqçiliyə qarşı etiraz əlaməti olan poz veriblər.

Xatırladaq ki, La Liqanın 29-cu turunda keçirilən “Kadis” – “Valensiya” matçında meydan sahiblərinin müdafiəçisi Xuan Kala Diakabiyə qarşı irqçi ifadələr səsləndirib. Qvineyalı futbolçu mübahisədən sonra meydanı tərk edib. Diakabidən sonra “Valensiya” və “Kadis”in bütün futbolçuları paltardəyişmə otağına yollanıb. 10 dəqiqəlik fasilədən sonra hakim komandaları meydana çıxarıb. Diakabi isə əvəzlənib.



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi