Ayxan Abbasovdan "Neftçi" üzərində qələbə şərhi

Ayxan Abbasovdan "Neftçi" üzərində qələbə şərhi
ÖLKƏ FUTBOLU 4 Aprel 2021 / 19:30 2399
-  A +

"Komandanı çətin oyun gözləyirdi. Rəqibimiz çempionatın iki liderindən biri olan "Neftçi" idi".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.

O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni yaxşı analiz etmişdik. Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Bu qələbə münasibəti ilə azarkeşlərimizi də təbrik edirəm. Baxmayaraq ki, onlar yanımızda deyil, amma dəstəklərini həmişə hiss edirik".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı