Bu gün Unibank Premyer Liqasında 7-c tura start veriləcək. Qol.Az-ın məlumatına görə, derbilərlə, prinsipial qarşılaşmalarla zəngin turun ilk oyun günündə 3 oyun baş tutacaq.
Hesabat turuna Qəbələdə start veriləcək. Burada yerli “Qəbələ” cari mövsümdə avrokuboklardakı çıxışı ilə yenidən özündən söz etdirən “Qarabağ”ı qəbul edəcək. Son illər bu komandaların qarşılaşmaları böyük marağa səbəb olub. Elə cari mövsümdə də bu prinsipiallığın davamının gələcəyi gözləniləndir. Toni Adamsın çalışdırdığı “Qəbələ” hələlik öz sözünü deyə bilməsə də, ingilis mütəxəssisin məhz güclü “Qarabağ”la qarşılaşmada sürprizə imza atmaq istəyəcəyi şübhə doğurmur. Onun komandasının bir neçə gün öncə təxirə salınan oyunda da meydana çıxan Ağdam klubunun bir qədər yorğun futbolçuları ilə mübarizədə nəyə nail olacağına elə bu gün şahidlik edə biləcəyik.
Bu qarşılaşmayla parallel keçiriləcək, lakin 10 dəqiqə gec start götürəcək oyunda isə “Muğan” mövsümün digər uğursuzu “Simurq”u qəbul edəcək. Cəmi 3 heç-heçə edib, digər qarşılaşmalarda məğlub olan Qyoko Hacievskinin komandası ilk qələbəsinin həsrətindədir. Zaqatala klubundan fərqli, qələbə sevinci yaşamış salyanlılar isə “ilk altılıq”dakı mövqeyini möhkəmləndirmək üçün növbəti 3 xalını qazanmağa məcburdur. Xal bölgüsü isə hər iki komandanın cari mövsümdə 4-cü heç-heçəsinə səbəb olacaq.
Nəhayət ilk oyun gününün son qarşılaşmasında son illər çempionatımızın ən prinisipial duelinin iştirakçıları – “Xəzər Lənkəran”la “Neftçi” öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər. Təbii ki, Lənkəranda keçirilən turun mərkəzi oyununa maraq kifayət qədər böyükdür. Axı cari mövsüm bu əzəli rəqiblər yenə eyni səviyyəli çıxışı ilə seçilir və turnir cədvəlinin zirvəsini bölüşürlər. Məhz bu üzdən sözügedən qarşılaşma həm də 6 xallıq oyun hesab olunur. Çünki qalib gələcək komanda özü 3 xalı qazanmaqla yanaşı, həm də rəqibini 3 xal geri salmış olacaq.
Maraq üçün onu da əlavə edək ki, “Böyük oyun”un iştirakçıları tarixlərində 15-ci dəfə üz-üzə gələcəklər. Bu iki komandanın duellərində daha çox heç-heçə qeydə alınıb – 6 dəfə. Ümumi balansa gəlincə, üstünlük “Neftçi”nin tərəfindədir. “Ağ-qaralar” 15 oyunun 6-da, cənub klubu isə 3-də meydanı qalib tərk edib. Topların fərqi də bakılıların xeyrinədir - 13-11. “Neftçi” ilə “Xəzər Lənkəran” ötən mövsüm sülhsevərlikləri ilə yadda qaldılar. Ən maraqlısı isə, bu komandalar arasındakı 4 matçın hamısının eyni hesabla (0:0) qolsuz tamamlanması oldu. Bir sözlə azarkeşlər il yarımdır bu komandaların qarşılaşmasında qol görmür. Lakin bu dəfə susqunluğun pozulacağına inam böyükdür. İlk növbədə ona görə ki, Premyer Liqanın bombardiri Bahadır Nəsimovun yenə fərqlənəcəyini proqnozlaşdıranlar çoxdur. Axı özbək hücumçu arxada qalan 6 matçın hamısında meydanı qol vurmadan tərk etməyib. Hazırda hesabında 9 qol olan Bahadır bu seriyasını Lənkəranda da davam etdirə bilər. Lakin cənubluların da heyətinə yayda bir sıra təcrübəli futbolçular cəlb olunub və meydan sahibləri doğma azarkeşləri qarşısında çıxış etmələrindən maksimum yararlanıb, vahid liderliyi ələ keçirməyə çalışacaqlar. Lakin eyni zamanda hər iki komandanın qapıçısının özünəməxsus seriyalara malik olduğunu da vurğulamalıyıq. Məsələ burasındadır ki, “Xəzər Lənkəran” cari mövsümdə qol buraxmayan yeganə komandadır. Bunda da yığmamızın əsas qapıçısı Kamran Ağayevin xidməti xüsusi vurğulanmalıdır. Qol buraxmamağa görə 2-ci olan “Neftçi”nin litvalı qapıçısı Paulius Qribauskas da artıq 6 oyunluq “quru seriya”ya malikdir. Məhz onların da səyi nəticəsində həm də “Xəzər Lənkəran”la “Neftçi” məğlubiyyətsiz seriyaya malikdir. Çünki cari mövsümdə yalnız bu iki komanda uduzmayıb. “Neftçi” hələ ötən mövsümü də nəzərə alsaq, 12 oyundur məğlub olmur. “Xəzər Lənkəran” isə cari mövsümdən meydanı xalsız tərk etmir.
Hesabat turuna sabah yekun vurulacaq. Liderlərin əsas izləyicisi “İnter” səfərdə səfərdə “Gəncə”nin qonağı olacaq. Cari mövsüm keçirdiyi ilk 5 matçında ardıcıl eyni hesablı (1:1) heç-heçələrlə ayrılan bölgə təmsilçisi nəhayət bir neçə gün öncə təxirə salınan qarşılaşmada “Qarabağ”a böyükhesabla yenilməklə, məğlubiyyətsiz oyunlar seriyasının qırılmasına səbəb oldu. İndi Fuad İsmayılovun komandası doğma azarkeşlərinin gözü qarşısında son ölkə çempionundan xal almaqla, həmin yenilginin əvəzini çıxmağa çalışacaq. Cari mövsümün qələbə üzü görməyən 3 komandasından biri olan “Gəncə” bu uğursuz seriyaya da son qoymalıdır.
Liderlər qrupunda qərarlaşan digər paytaxt təmsilçisi AZAL isə autsayder MOİK-lə dueldə vəziyyətini yaxşılaşdırmaq şansına malikdir. Cari mövsümün digər qələbə üzünə həsrət qalan komandası “Turan” isə səfərdə “Bakı”nın qonağı olacaq. Vinfrid Şeferin rəhbərliyi altında hələ ki, öz sözünü deməyi bacarmayan “zolaqlılar” doğma meydanda ikinci qələbəsini qazanmaqla, durumunu yaxşılaşdırmaq istəyir.
Unibank Premyer Liqası
7-ci tur
25 sentyabr (şənbə)
"Qəbələ" - "Qarabağ"
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Elşən Acalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əmir Zamanov.
Qəbələ. Şəhər stadionu. Saat 17:00.
"Muğan" - "Simurq"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Azad Q. Hüseynov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Salyan. Şəhər stadionu. Saat 17:10
"Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Mehman Mahmudov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 19:00
26 sentyabr (bazar)
AZAL - MOİK
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. "Şəfa" stadionu. Saat 17:00
"Gəncə" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, Aydın Ələkbərov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu. Saat 17:00
"Bakı" - "Turan"
Hakimlər: Elnur Muradov, Azər Əsgərov, Elşən Durmuşov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
| 1 | "Neftçi" | 6 | 5 | 1 | 0 | 14-1 | 16 |
| 2 | "Xəzər Lənkəran" | 6 | 4 | 2 | 0 | 7-0 | 14 |
| 3 | "İnter" | 6 | 4 | 1 | 1 | 6-2 | 13 |
| 4 | AZAL | 6 | 3 | 2 | 1 | 7-5 | 11 |
| 5 | "Qarabağ" | 5 | 2 | 2 | 1 | 5-2 | 8 |
| 6 | "Muğan" | 6 | 1 | 3 | 2 | 5-6 | 6 |
| 7 | "Bakı" | 5 | 1 | 2 | 2 | 6-7 | 5 |
| 8 | "Gəncə" | 6 | 0 | 5 | 1 | 5-8 | 5 |
| 9 | "Qəbələ" | 6 | 1 | 1 | 4 | 2-6 | 4 |
| 10 | MOİK | 6 | 1 | 1 | 4 | 3-11 | 4 |
| 11 | "Turan" | 6 | 0 | 3 | 3 | 4-9 | 3 |
| 12 | "Simurq" | 6 | 0 | 3 | 3 | 5-12 | 3 |
Superkubok matçı azarkeşlərsiz keçiriləcək
"Bu, onun son matçı ola bilər"
ÇL-də "Qarabağ"a iki qol vuran futbolçu klubunu dəyişdi
"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı
"İmişli"nin futbolçusu milliyə dəvət aldı
"Bavariya" Avstriya klubuna böyük hesabla qalib gəldi
"Milan" Balkanlara üz tutdu, rədd cavabı aldı
Mareska "Çelsi"dən gedişindən sonra ilk dəfə açıqlama verdi
Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi
Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
Mbappe Superkubok matçında oynamayacaq
"Zirə" heyətini millinin futbolçusu ilə gücləndirdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi
"Beşiktaş" qapıçısı ilə müqaviləni ləğv etdi
Vinisius üçün 160 milyon avro
“Turan Tovuz”dan ayrıldı - Bu ölkənin klubuna keçdi
“Liverpul” - “Qarabağ” oyununun biletləri bu qiymətədir
AFFA bu oyunu şübhə altına aldı - Araşdırma başlayır
"Şamaxı" millimizlə qarşılaşacaq
Viktor Qonçarenkonun yeni işi rəsmiləşdi
"Çelsi" yeni baş məşqçisini açıqladı
“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi
Mahir "Kayzerslautern”dən ayrılacaqmı? - Açıqlama+Video
“Latsio”nun hücumçusu "Vest Hem"də - Rəsmi
“Sabah”dan 3 illik müqavilə
Xorvatiya klubundan "Zirə"yə keçdi
"Barselona"ya qayıdır
"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi
"Spartak"ın yeni baş məşqçisi açıqlandı
İbrahim Uzuncanın "Xankəndi"dəki vəzifəsi dəyişdi
“Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi
"Mançester Siti"nin futbolçusunun ayağı qırıldı
"Qalatasaray"ın "Trabzonspor"a vurduğu 4 qol - Video
“Zirə”nin futbolçusu üçün Afrika Millətlər Kuboku başa çatdı
“Qalatasaray” finalda
“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
Noyer 15 ildən sonra "Bavariya"dan gedəcək?
"Yuventus" sabiq futolçusunu geri istəyir
Amorimə külli miqdarda təzminat ödəniləcək
Vinisius üçün 150 milyonluq təklif var
"Sabah"da ən çox forma geyinən futbolçu klubdan ayrıldı
“Qəbələ”dən ilin ilk transferi - Rəsmi