Futzal üzrə Azərbaycan millisinin əsas simalarından biri olan Vassouranın bu gün Avropa çempionatının seçmə qrup mərhələsində Çoreskudakı “Futzal Arena”da Moldova yığması ilə oyun öncəsi Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsi
- Komanda oyuna hazırdırmı?
- Yaxşı məşqlər keçdik. Həm Bakıda, həm də Kişinyovda bunun üçün imkanımız oldu. Əsasən taktiki planda hazırlıq keçdik. Baş məşqçi oyunda necə oynamalı olduğumuzu göstərdi. Əlbəttə, əvvəlki oyunlarda səhvlərimiz oldu. Alesio həmin səhvləri təkrarlamamaq üçün tapşırıqlar verdi. Ümumi qənaətim belədir ki, oyuna hazırıq.
- Hansı problem və çatışmazlıq səni narahat edir?
- Məncə, ciddi problemimiz yoxdu. Bütün komanda olaraq oyuna köklənmişik. Zədəli futzalçımız yoxdur. Rafael Vilela cəzalı olduğuna görə, bizə qoşulmayıb. Yəqin ki, onun yoxluğunu hiss etdirməyəcəyik.
- Bakıdakı oyunu izləmisiniz. Baş məşqçinin o oyunla bağlı narazı qaldığı məqamlar hansılardır?
- Birinci “dördlüy”ün oyunu ilə bağlı narazılığını bildirdi. Taktiki planda düzgün oynamadıq. Xüsusilə də müdafiədə səhvlərə yol verdik. Alesio həmin səhvləri bizə göstərdi. Əlbəttə, bunu təkrarlamamalıyıq. Bu qarşılaşma turnir cədvəli baxımından çox vacibdir.
- Qələbə bizi final mərhələsinə aparacaq, demək olarmı?
- Böyük ölçüdə bizi həlledici məqama yaxınlaşdıracaq. Ancaq indi bunu düşünmək vaxtı deyil. Bizə keçirəcəyimiz hər oyunda maksimum xal toplamaq lazımdır. Bunu bacarsaq, məsələ özlüyündə həllini tapacaq. İndi Moldova ilə oyunda da bu tapşırığı yerinə yetirməliyik. Amma azarkeşlərsiz oynamaq da çətin olur.
- Səfər oyunlarında bu məqam xeyrimizədir.
- Hə, bizə sərf edir. Ancaq Bakıdakı matçlarda onlar bizi psixoloji baxımdan oyuna kökləyir, rəqibi təzyiq altında saxlamağa məcbur edir. Yəni bizi daim irəli getmək üçün səsləyirdilər. Rəqib meydanında bu cür sükut yaxşıdır (gülür).
- Yeri gəlmişkən, seçmə mərhələnin yeni formatını bəyənirsənmi?
- Uğurlu varinatdı. Həm çox oyun keçiririk, həm də azarkeşlər öz milli komandalarını izləmək şansı qazanırlar. Yəni seçmə mərhələ 1 həftə deyil, ən azı 3 ay davam edir. Həyəcan artır. Səfərdə uduzdugun rəqibdən revanş almaq şansın olur.
- Arxada qalan 3 oyunla bağlı düşüncələrini bilmək istərdik.
- Güclü rəqiblə start verdik qrup mərhələsinə. Nəzərə alsaq ki, əksər oyunçularımız uzun müddət zalda məşq belə keçmirdi, çətinliyi özünüz təsəvvür edəcəksiniz. Problemlərə rəğmən, qələbə ilə başladıq. Oyun ağır keçdi, slovaklar xüsusilə də birinci hissədə müqavimət göstərdilər. Sonrakı iki oyunu daha rahat keçirdik. Çünki yaxşı məşqlər etmişdik, üstəlik, oyun təcrübəmiz də var idi. Həm də əsas məqam nəticədir. Biz də qarşıya qoyulan məqsədə doğru itkisiz irəliləyirik. Ümumi götürsək, narazı qalmaq olmaz.
- Yenə qol vuracağına dair oğluna söz vermisən?
- Hər oyundan qabaq ailəmlə mütləq danışıram. Onlara görüşü izləmək üçün link atıram. Qol vurduqda isə kamera qarşısına qaçır, mesajımı göndərirəm.
- Bu yaxınlarda Braziliya millisinin keçmiş kapitanı Falkaoya qarşı oyununu izlədik. Hansı turnirdə qarşılaşmışdınız?
- Turnir deyildi. İştirakçılar öz qabiliyyətlərini göstərirdilər. Ora xüsusi istedadı ilə seçilən oyunçular dəvət olunurdu. Mən də iştirak etdim. Təbii ki, Falkao kimi istedadla, əfsanə ilə bir sırada yer almaq müsbət məqamdır.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı