"Səbail" klubunun iranlı yarımmüdafiəçisi Keşavarzi Peyman Qol.az saytına müsahibə verib
- Premyer Liqanın 19-cu turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Ötən dövrdəki son qarşılaşmada bu rəqibə 1:3 hesab ilə uduzmuşduz. Məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Futbolda hər şey olur. Əvvəlcədən heç nə deyə bilmərik. Ondan əvvəlki oyunlarda da hər oyuna qələbə üçün çıxırdıq.
- Son dönəmlər stabil çıxış etmirsən, sanki nəsə çatışmır. "Keşlə"yə vurduğun qol öz oyununu tapmağına kömək edəcək?
- Deməliyəm ki, bu futboldur. Hər şey ola bilər. Mən də çalışıram ki, hər oyunda yaxşı çıxış edim. Öz oyunumdan isə razıyam. Vurduğum qol da bunu göstərdi.
- Ümumiyyətlə, "Səbail"ə qələbə qazanmaq üçün nə mane olur?
- Komanda olaraq vəziyyətimiz yaxşıdır. Hər oyunda yaxşı oynayırıq. Amma qol vurmaq üçün bəxtimiz gətirmir.
- Mövsümün sonu müqavilən bitir. Gələcəyinlə haqda nə düşünürsən? Göstərdiyin oyun sənə nə vəd edir?
- Müqavilə haqqında bir söz deyə bilmərəm. Bu, mənimlə klub arasında olan bir şeydir. Mənim klubla müqaviləm var. İlin sonunda bu haqda danışmaq olar.
- "Səbail"in avrokuboka getmək məqsədi var?
- Bu mövsüm hər komandanın Avropa Liqasına getmək şansı var (Azərbaycanın UEFA reytinqi az olduğundan bu ildən ölkəmiz Avropa Liqası deyil, Konfrans Liqasında yarışacaq - red.) . Xallar bir-birinə çox yaxındır, indidən nəsə demək üçün tezdir.
- İran milli komandasında çıxış etmək istəyin varmı? Varsa "Səbail"də göstərdiyin oyun buna imkan verir?
- Bildiyiniz kimi, İranda çox güclü futbolçular var. Mən də çalışıram ki, onlardan biri olum və milli komandadan təklif alım. Ümid edirəm ki, dəvət alacam.
- "Səbail"i İranda tanıyırlar?
- Təbii ki, izləyənlər və sevənlər var. Mənə görə də izləyirlər. Qonşu və qardaş ölkə olaraq Azərbaycanı çox sevirlər.
Ağa Dadaşzadə
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı