“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun Qol.az saytına müsahibəsi
- “Qəbələ”nin bu il büdcəsi azalsa da, komandanız hazırda turnir cədvəlində 5-ci yerdədir və Avroliqaya getmək şansı var. Bu mənada, “Qəbələ”nin çıxışını səni nə dərəcədə qane edir?
- Qane eləmir. Çünki hələ ki, 5-ci yerdəyik. Büdcəmiz az olsa da, keyfiyyətli oyunçularımız var. Digər illərə baxanda bu il çox komandanın büdcəsi aşağıdır. Onu nəzərə alsaq olduğumuz yer bizi qane etmir. Avroliqaya getmək istəyiriksə, turnir cədvəlində ön sırada olmalıyıq.
- Ümumiyyətlə, klubun rəhbərliyinin komanda qarşısında qoyduğu hədəf nədən ibarətdir?
- Hədəfimiz Avroliqaya getməkdir. Kubokda şansımızı itirmişik. Ona görə fikrimizi ölkə çempionatına yönəltmişik. Hazırda komandamız yaxşı formadadır. Bunun öhdəsindən gələ biləcəyimizi düşünürəm.
- Bəzi oyunlara kapitan kimi də çıxırsan. Kapitanlığın məsuliyyəti çoxmu böyükdür?
- Kaputanımız Anar Nəzirovdur. Anar olmayan oyunlarda kapitan olaraq mən oyuna çıxıram. Tək kapitanlıq deyil, bir böyük kimi diqqətli olmalısan ki, gənc oyunçulara nümünə olasan.
- Öz oyunun haqda fikrin necədir? Asif Məmmədov üçün bu mövsüm eniş, yoxsa yüksəliş olub?
- Bununla bağlı nəsə deməyim düzgün olmaz. Mən nə deyim.
- Bu mövsüm Premyer Liqanın gedişatını necə qiymətləndirirsən? Klublar arasında intiriqa var. Sən bunun səbəbini nədə görürsən?
- Premyer Liqada gedişat yaxşdır. Turnir cədvəli də bunu göstərir. Hər komanda bir-birinə baş ağrısı ola bilir. Vəziyyət elədir ki, hətta sonuncu yerdə olan komanda da Avroliqaya düşə bilər. Bu il çempionatda rəqabət var. Demək olar ki, komandalar bir-birindən o qədər də seçilmir. Çempionat maraqlı keçir.
- Bəs, bu mövsüm Premyer Liqamızda müsbət və mənfi olaraq diqqətini nə çəkib?
- Müsbət olaraq gərgin rəqabətin olduğunu qeyd edərdim. Əvvəlki illərə baxanda hansı oyuna çıxırdıqsa, təxmin etmək olurdu ki, bu oyun udmaq şansın çoxdur. Bu il isə elə bir şey yoxdur. Hələ ki, mənfi nəsə görmürəm.
- Sabah "Neftçi"yə qarşı Bakıda oyununuz var. Bura 1, yox 3 xal üçün gəlmisiniz?
- Biz bütün oyunlara 3 xal üçün gedirik. Baxmayaraq ki sabah “Neftçi”nin bir neçə aparcı oyunçusu iştirak etməyəcək, bu, bizi rahatlaşdırmır. Komandımız yaxşı formadadır. Oyuna tam ciddi hazırlaşmışıq. Bizim üçün də vacib oyundur.
Mina MUSAYEVA
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi