Unibank Premyer Liqasının 6-cı turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 oyun keçirilib. Turnir cədvəlində liderliyi paylaşan “Xəzər Lənkəran” və “Neftçi” müvafiq olaraq “Muğan” və MOİK klublarının qonağı olub. Mirça Rednikin çalışdırdığı cənub təmsilçisi bu tur qələbə seriyasını davam etdirə bilməyib. Cari mövsümdə ikinci heç-heçəsiylə barışan Lənkəran klubu nəticədə zirvədəki mövqeyini də zəiflədib. Çünki “Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi” növbəti qələbəsini qazanmaqla, vahid liderliyi ələ keçirib. Cari mövsüm çıxdığı bütün oyunlarda rəqib qapısına yol tapan Bahodir Nasimovun dubla imza atdığı qarşılaşmada “ağ-qaralar” 4:0 hesablı qələbə qazanıb.
Günün digər oyunu isə Gəncə şəhərində baş tutub. “Qərb derbisi” kimi səciyyələndirilən qarşılaşmada yerli “Gəncə” “Turan”ı qəbul edib. Keçirdiyi 4 oyunda 4 xal toplayan “Gəncə” cari mövsümdə məğlub olmayan üç komandadan biri olduğundan, ən azı bu uğurunu təkrarlamağa çalışırdı. Qarşılaşmanın gedişində hesabda geri düşsə də, Fuad İsmayılovun komandası sonda bunun əvəzini çıxmaqla, növbəti 1:1 hesablı heç-heçəsini rəsmiləşdirib. Nəticədə cari mövsümün 3 məğlub olmayan komandası – “Neftçi”, “Xəzər Lənkəran” və “Gəncə” – bu seriyanı ən azı daha bir həftə uzadıb.
Premyer Liqada bu gün daha 3 qarşılaşma keçirilib. Turun mərkəzi oyununda "Qarabağ" AZAL-la qolsuz bərabərliyə razılaşıb. "Bakı" geriyə düşdüyü "Simurq"la səfər matçından 1 xalla döndüyü halda, liderlər qrupunda qərarlaşan "Neftçi"nin əsas izləyicilərindən yalnız "İnter" itkisiz ötüşüb. "Bankirlər" səfərdə "Qəbələ"ni minimal hesabla yenib.
Unibank Premyer Liqası
6-cı tur
18 sentyabr (şənbə)
"Gəncə" - "Turan" - 1:1
18 sentyabr 2010. Saat 17:00. Gəncə şəhər stadionu. 3000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Coşqun Həsənov
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqələr: Edis Kurtanoviç, 62; Zura Dzamsaşvili, 65; Ramal Hüseynov, 73 // Vurğun Hüseynov, 7; Romuald Onana, 67; 80
Qırmızı vərəqə: Romuald Onana, 80
Qollar: İbrahim Hüseynov, 86 // Şalva Pirtsxalava, 63 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Vladimir Kozlenko, Azər Məmmədov (k), Armand Feutchine (Şahin Kərimov, 27), Samir Zərgərov, Ramal Hüseynov, Georgi Seturidze (İbrahim Hüseynov, 75), Ceyhun Sultanov, Zura Dzamsaşvili (Patrik Nukeu, 70), Junivan Suares.
Baş məşqçi: Fuad İsmayılov.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov, Vurğun Hüseynov (k), Ruslan Namazov, Kamal Ələkbərov (Yuris Kzensovs, 37), Azər Məmmədov (Məhərrəm Müslümzadə, 90+2), Şalva Pirtsxalava, Hafiz Əliyev, Georgi Çediya, Georgi Modebadze (Peter Kolavole, 60), Romuald Onana.
Baş məşqçi: Sakit Alıyev.
"Muğan" - "Xəzər Lənkəran" - 0:0
18 sentyabr 2010. Saat 17:00. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Elman Musayev, Elşən Acalov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Miloş Zeçeviç, 21; Ekrem Hodziç, 38 // Stelian Stanku, 6; Uinston Parks, 20; Dieqo Ruiz, 50; Rahid Əmirquliyev, 76; Kristian Kabral, 79; Emeka Opara, 90+2
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Elnur Abdullayev (k), Tural Axundov, Fərrux İsmayılov (Dan Pisla, 81), Davit Svanadze, Vüsal Hüseynov (Saşko Pandev, 71), İliya Prodanoviç, Ekrem Hodziç, Anxel Qutyerres, Reis Klaudiney (Taqim Novruzov, 58).
Baş məşqçi: Almir Hurtiç.
“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elnur Allahverdiyev, Elvin Beqiri, Dieqo Souza (Kristian Kabral, 72), Ruslan Poladov, Dieqo Ruiz (Emeka Opara, 56), Rahid Əmirquliyev, Alim Qurbanov (Katalin Doman, 46), Radomir Todorov, Uinston Parks, Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
MOİK - "Neftçi" - 0:4
18 sentyabr 2010. Saat 19:00. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Elşən Durmuşov
Dördüncü hakim: Hacıəli Ağayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Amiran Qventsadze, 35
Qollar: Fərid Quliyev, 24; Bahodir Nasimov, 64; 70; Cavid Hüseynov, 90+1
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
MOİK: Amiran Qventsadze, Emin Mustafayev, Vüqar Əsgərov, Emil Paşayev, Anar Qasımov (Zaur Məmmədov, 46), Cavid Rəhimov (Nicat Tağıyev, 73), Samir Babayev, Natiq Əkbərov (k), Ramil Əliyev, Ruslan Hüseynov (Namiq Adilov, 69), Nuran Qurbanov.
Baş məşqçi: Ramil Əliyev.
“Neftçi”: Paulius Qribauskas, Denis Silva, İqor Mitreski, Fərid Quliyev, Elmar Baxşıyev (k), Emil Mpenza (Cavid İmamverdiyev, 46), Bahodir Nasimov (Vladimir Burduli, 75), Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Rəşad Abdullayev (Cavid Hüseynov, 59).
Baş məşqçi: Arif Əsədov.
19 sentyabr (bazar)
"Qəbələ" - "İnter" - 0:1
19 sentyabr 2010. Saat 17:00. Qəbələ şəhər stadionu. 1200 tamaşaçı
Baş hakim: Elnur Muradov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Vaqif Musayev
Dördüncü hakim: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqə: Qoqa Beraya, 82 // Robertas Poşkus, 82; Dmitri Kramarenko, 88
Qollar: Rövşən Əmiraslanov, 35
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Qəbələ”: Pavels Dorosevs (k), Nodar Məmmədov, Sergey Sokolov, Bruno da Silva, Deon Burton, Terri Kuk, Razvan Tarlea (Qoqa Beraya, 78), Abdulkader Kamara, Branimir Subaşiç, Kristian Torres, Saşa Yunisoğlu.
Baş məşqçi: Toni Adams .
“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Dmitri Kruqlov (Şəhriyar Rəhimov, 60), Rövşən Əmiraslanov (Felipe Maçado, 66), Filip Despotovski, Petar Zlatinov, İlia Kandelaki, David Odikadze, Arif Daşdəmirov, Robertas Poşkus (k) (Girts Karlsons, 83), Valeri Abramidze.
Məşqçi: Georgi Çixradze.
"Simurq" - "Bakı" - 1:1
19 sentyabr 2010. Saat 17:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 600 tamaşaçı
Baş hakim: Əfqan Həmzəyev
Baş hakimin köməkçiləri: Roman Vasilyev, İlham Əliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Qərib İbrahimov, 65; Rasim Ramaldanov, 79; Mikayıl Rəhimov, 83 // Vadim Borets, 37; Aleksandr Soliç, 85
Qollar: Baçana Sxadadze, 34 // Vyaçeslav Sofroni, 77
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
“Simurq”: Adnan Hodziç, Rasim Ramaldanov (k), Elvin Yunusov, Mikayıl Rəhimov, Qərib İbrahimov, Əli Bağırov (Elçin Xəlilov, 46), Yasin Abbasov (Rüstəm Məmmədov, 66), Paulius Paknis, Tofiq Mikayılov (Vasif Əliyev, 83), Elnur Abbasov, Baçana Sxadadze.
Baş məşqçi: Cokiça Haciyevski.
“Bakı”: Marko Şarliya, Vadim Borets (Vyaçeslav Sofroni, 46), Stefan Borbikoni, Dare Nibombe, Ernad Skuliç (Ceferson Anqulo, 73), Vaqif Cavadov, Adnan Barakat, Cəmşid Məhərrəmov (k), Bəxtiyar Soltanov (Mahmud Qurbanov, 46), Aleksandar Soliç, Jaba.
Baş məşqçi: Vinfrid Şefer.
"Qarabağ" - AZAL – 0:0
19 sentyabr 2010. Saat 17:10. T.Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
Baş hakimin köməkçiləri: Samir Hacıyev, Azad Q. Hüseynov
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Vüqar Nadirov, 37; Rəşad Sadiqov, 39 // Elvin Əliyev, 48
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
“Qarabağ”: Fərhad Vəliyev (k), Zaur Həşimov, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov (Andreys Rubins, 57), Rauf Əliyev, Samir Abasov, Vüqar Nadirov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: Elşən Poladov (k), Robert Petrov, Usim Nduka, Eleandro Pema, Viktor İbokoyi (Anar Həsənov, 50), Nuqzar Kvirtiya (Pius İkedia, 22), Zohair Benouahi, Draqan Mandiç, Elvin Əliyev, Qvidas Yuska, Mirko Bunyevçeviç (Tərlan Xəlilov, 90).
Baş məşqçi: Nazim Süleymanov.
| 1 | "Neftçi" | 6 | 5 | 1 | 0 | 14-1 | 16 |
| 2 | "Xəzər Lənkəran" | 6 | 4 | 2 | 0 | 7-0 | 14 |
| 3 | "İnter" | 6 | 4 | 1 | 1 | 6-2 | 13 |
| 4 | AZAL | 6 | 3 | 2 | 1 | 7-5 | 11 |
| 5 | "Muğan" | 6 | 1 | 3 | 2 | 5-6 | 6 |
| 6 | "Qarabağ" | 4 | 1 | 2 | 1 | 2-2 | 5 |
| 7 | "Bakı" | 5 | 1 | 2 | 2 | 6-7 | 5 |
| 8 | "Gəncə" | 5 | 0 | 5 | 0 | 5-5 | 5 |
| 9 | "Qəbələ" | 6 | 1 | 1 | 4 | 2-6 | 4 |
| 10 | MOİK | 6 | 1 | 1 | 4 | 3-11 | 4 |
| 11 | "Turan" | 6 | 0 | 3 | 3 | 4-9 | 3 |
| 12 | "Simurq" | 6 | 0 | 3 | 3 | 5-12 | 3 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?