Bu gün Unibank Premyer Liqasının 6-cı turuna start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 oyun keçiriləcək. Turnir cədvəlində liderliyi paylaşan “Xəzər Lənkəran” və “Neftçi” müvafiq olaraq “Muğan” və MOİK klublarının qonağı olacaq. Qeyd edək ki, liderlər arasında xal fərqi olmasa da, “Muğan” və MOİK klublarını turnir cədvəlində bir-birindən cəmi 1 xal ayırır. Unibank Premyer Liqasının ilk turlarından baxımlı oyun göstərən hər iki komandanın rəqiblərinə qarşı sonadək mübarizə aparacağını proqnozlaşdırmaq olar.
Günün digər oyunu isə Gəncə şəhərində baş tutacaq. Yerli “Gəncə” komandası Tovuzun “Turan” klubunu qəbul edəcək. “Qərb derbisi” kimi səciyyələndirilən qarşılaşma prinsipiallığı ilə seçilir. Qeyd edək ki, keçirdiyi 4 oyunda 4 xal toplayan “Gəncə” cari mövsümdə məğlub olmayan üç komandadan biridir.
6-cı turun daha 3 oyunu isə bazar günü keçiriləcək. Ötən tur səfərdə “Turan”a qalib gələrək mövsümdə ilk qalibiyyətini alan “Qəbələ” Unibank Premyer Liqasının qalibi “İnter” komandasını qəbul edəcək. İngiltərəli mütəxəssis Toni Adamsın rəhbərlik etdiyi kollektiv doğma meydanda keçirdiyi oyunlarda hələ ki, qalib gələ bilməyib. Eyni zamanda “İnter” cari mövsümdə səfərdə keçirdiyi oyunlarda rəqiblərinə məğlub olmayıb.
Yeni mövsümdən etibarən əsasən gənclərə üstünlük verən “Simurq” komandası isə ölkə kubokunun son qalibi “Bakı” komandasını qəbul edəcək. Qeyd edək ki, “Bakı” hal-hazırda “Simurq”un baş məşqçisi olan Cokiça Hadziyevskinin rəhbərliyi altında 2008/2009 mövsümündə Azərbaycan çempionluğunu qazanıb. “Simurq”la oyun öncəsi “Bakı” cəzalı olan Əziz Quliyev, Xalidu Sissoko və İbrahim Karqbonun xidmətindən yararlana bilməyəcək. Son turda əlindən zədə alan Juninyo da komandasına bu oyunda kömək edə bilməyəcək. Əvəzində cəza müddətini başa vurmuş Emin Cəfərquliyev ilk dəqiqələrdən meydana çıxa bilər.
Unibank Premyer Liqasının 6-cı turuna “Qarabağ” – AZAL oyunu ilə yekun vurulacaq. Rəqibi ilə müqayisədə iki oyun az keçirmiş Ağdam təmsilçisi ilk altılıq uğrunda mübarizədə rəqibinə mütləq qalib gəlməlidir. “Qarabağ” “Qəbələ” ilə birlikdə cari mövsümdə ən az (2 dəfə) fərqlənmiş komandadır. AZAL-ın vurduğu 7 qoldan 4-ü isə komandanın litvalı hücumçusu Qvidas Yuskanın aktivindədir. Hər iki komanda medallar uğrunda mübarizə apardığından oyunun gərgin və maraqlı idman mübarizəsində keçəcəyini gözləmək olar.
Unibank Premyer Liqası
6-cı tur
18 sentyabr (şənbə)
“Muğan” – “Xəzər Lənkəran”
Hakimlər: Anar Salmanov, Elman Musayev, Elşən Acalov, Fuad Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00
“Gəncə” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Orucəli Durmuşov
Gəncə. Şəhər stadionu. Saat 17:00
MOİK – “Neftçi”
Hakimlər: Ceyhun Haşımov, Aydın Ələkbərov, Elşən Durmuşov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadion. Saat 19:00
19 sentyabr (bazar)
“Qəbələ” – “İnter”
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Vaqif Musayev, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ. Şəhər stadionu, süni örtüklü meydança. Saat 17:00
“Simurq” – “Bakı”
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İlham Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala. Şəhər stadionu, süni örtüklü meydança. Saat 17:00
“Qarabağ” – AZAL
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q. Hüseynov, Alik Yunusov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Akif Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:10
| 1 | "Neftçi" | 5 | 4 | 1 | 0 | 10-1 | 13 |
| 2 | "Xəzər Lənkəran" | 5 | 4 | 1 | 0 | 7-0 | 13 |
| 3 | "İnter" | 5 | 3 | 1 | 1 | 5-2 | 10 |
| 4 | AZAL | 5 | 3 | 1 | 1 | 7-5 | 10 |
| 5 | "Muğan" | 5 | 1 | 2 | 2 | 5-6 | 5 |
| 6 | "Qarabağ" | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
| 7 | "Bakı" | 4 | 1 | 1 | 2 | 5-6 | 4 |
| 8 | "Qəbələ" | 5 | 1 | 1 | 3 | 2-5 | 4 |
| 9 | MOİK | 5 | 1 | 1 | 3 | 3-7 | 4 |
| 10 | "Gəncə" | 4 | 0 | 4 | 0 | 4-4 | 4 |
| 11 | "Turan" | 5 | 0 | 2 | 3 | 3-8 | 2 |
| 12 | "Simurq" | 5 | 0 | 2 | 3 | 4-11 | 2 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?