Fransa çempionatının 22-ci turunda bu gün saat 00:00-da başlamalı olan “Marsel" – “Renn” oyunu təxirə salınıb.
Qol.az Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna "Marsel" azarkeşlərinin klubun bazasına hücum etməsi səbəb olub.
Fransa mətbuatı 200-ə yaxın azarkeşin klubun prezidenti Jak-Anri Eyronun istefasını tələb edib. Onlar rəhbərliyə etiraz olaraq əllərində yanan məşəllə "Marsel"in bazasına girmək istəyib. Bazanın girəcəyində yanğın baş verib. Komandanın futbolçusu Alvaro Gonzales isə fişənglə belindən vurulub. O, yüngül zədə alıb. Fransa xüsusi təyinatlıları bazanı nəzarətə götürərək azarkeşləri oradan uzaqlaşdırıb.
Fanatlar komandanın son nəticələrindən narazıdır. Hadisə ilə bağlı yerli polis tərəfindən 25 azarkeşin saxlanıldığı bildirilib.
Qarşılaşmanın sonrakı günlərdə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Andre Villaş-Boaşın çalışdırdığı "Marsel" son 8 oyunda cəmi 1 qələbə qazanıb və 32 xalla 7-ci pillədə qərarlaşıb.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas