“Turnirə yaxşı başlamışıq. Üç oyuna çıxmışıq. Bütün oyunlarda qol vurduq. İsrail “Makkabi”si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. “Vilyarreal”a qarşı da yaxşı çıxış etmişdik".
Qol.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Türkiyə klubunun çalışdırıcısı Ağdam təmsilçisi ilə oyunu həlledici adlandırıb: "Qarabağ”a qarşı sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq”.
Çalımbay koronavirus pandemiyasının komandasında böyük ziyan vurduğunu, heyətdə cəmi 14-15 sağlam futbolçu qaldığını qeyd edib: “Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Ötən turda “Qarabağ”la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram”.
Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbə barədə bunları söyləyib: “Onlar nə qədər xoşbəxtsə, biz də o qədər xoşbəxtik. Matç dostluq oyunu kimi gerçəkləşəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar