Millimizin sabiq üzvü Fabio Luis Ramim Azərbaycanın Qarabağ uğrunda döyüşlərdə qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, bununla bağlı şəxsi İnstaqram səhifəsində yazan braziliyalı keçmiş futbolçu özünü qəlbən azərbaycanlı hesab etdiyini bildirib:
“Qarabağda gedən müharibə ilə bağlı çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram.
Əslində sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm.
Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram. Azərbaycan mənim ikinci vətənimdir, həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım zədələr səbəbindən Bakıda karyeramı davam etdirə bilmədim. Artıq 5 ildir ki, futbol təcrübəmi yeni nəsillə bölüşürəm, məşqçi kimi fəaliyyət göstərirəm.
İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki mən qəlbimdə azərbaycanlıyam”.
Qeyd edək ki, Fabi Luis Ramim 2005-2012-ci illərdə ölkəmizdə "MKT Araz", "Olimpik" və "Bakı" klublarında çıxış edib, 2008-2011-ci illərdə isə millimizdə oynayıb və 16 oyuna 4 qol vurub.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar