"Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 10-cu turunda evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
O, çempionatın iddialı və güclü komandalarından birinə qalib gəldiklərini xatırladıb: "Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. "Keşlə"ni əks hücumda yaxalayırdıq. Qol epizodlarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik".
38 yaşlı məşqçi hazırda klubda hamının koronavirus testinin nəticəsinin mənfi olduğunu qeyd edib: "Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də işimiz çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir.
Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay virusa yoluxmuşdu və artıq sağalıb. Mənim köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur".
Sadıqov "Qarabağ"ın qapıçısı Emil Balayevlə bağlı yayılan transfer xəbərlərinə belə münasibət bildirib: "Belə bir şey yoxdur. O, son illər ölkənin ən yaxşı qapıçılarındandır. Uyğunlaşması üçün vaxt lazımdır.
"Qarabağ" hər zaman çempionluğa oynayan komandadır. Balayev çox yaxşı qapıçıdır. Onu hamı heyətində görmək istəyər. Amma bizim onu transfer edəcəyimiz real deyil".
Baş məşqçi qış transfer dönəmində heyətdəki dəyişikliklə bağlı hələ ki, düşünmədiyini bildirib: "Hazırda bütün fikrimi komandaya yönəltmişəm. Hamıdan 99 faiz razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam.
Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb ediləcək. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan məsələ deyil. Hamı iddialıdır və yuxarı yerlər uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq.
Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm".
Sadıqov torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: "Hamımızın gözü aydın olsun. "Qarabağ" komandası öz meydanında oynaya bilmirdi. Bu, beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Biz artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandan, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərim təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar.
Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik. Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam".
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"