"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor"la ev oyununu neytral meydanda deyil, Bakıda keçirmək üçün UEFA-ya müraciət edib.
Bunu Qol.az-a açıqlamasında klubun baş meneceri Asif Əsgərov deyib.
Onun sözlərinə görə, bununla bağlı UEFA-dan qarşıdakı günlərdə dəqiq məlumat veriləcək: "Dünən UEFA ilə əlaqə saxladıq. Rəsmi müraciətimizə cavab olaraq bildirdilər ki, sülh sazişindən sonra vəziyyəti diqqətlə izləyirlər. Yəqin ki, qarşıdakı günlərdə daha dəqiq məlumat veriləcək. Bu cür qərarlar UEFA İcraiyyə Komitəsinin iclasında verilir.
Komitə əvvəlcədən müəyyən edilmiş tarixlərdə toplaşır. Biz gərək əvvəlcə iclasın keçirilməsinə nail olaq. Buna görə də qarşı tərəfə tutarlı faktlarla müraciət etmək lazımdır. Hazırda ölkəmizdə hərbi vəziyyət rejimi davam edir. Bütün suallara aydınlıq gələndən sonra ev oyunu ilə bağlı da yekun qərar qəbul olunacaq".
Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Azərbaycandakı hərbi vəziyyətlə bağlı “Qarabağ” qrup mərhələsinin 2-ci turunun "Vilyarreal"la ev oyununu (1:3) İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçirib. Ağdam klubunun növbəti ev oyunu noyabrın 26-da “Sivasspor”la olacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar