“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Unibank Premyer Liqasının qarşıdakı oyunlarına hazırlıq çərçivəsində Qol.Az-ın müxbirinin suallarını cavablandırıb.
- Öncə komandanızın aparıcı futbolçusu Rəşad Sadıqovun Türkiyənin “Eskişəhərspor” klubuna transferinə münasibətinizi öyrənmək istərdik.
- Rəşad kimi bir futbolçunu itirmək bizə nə qədər ağır olsa da, eyni zamanda onun gedişinə çox sevindiymizi də deməliyəm. İnanıram ki, o Azərbaycanı Türkiyə Superliqasında da layiqincə təmsil edəcək. Rəşad legioner həyatı yaşamağa layiq bir futbolçudur.
- Rəşadın komandanı tərk etməsi sizin üçün gözlənilməz olmadı ki?
- Xeyr! Hələ Avropa Liqasının oyunları vaxtı Rəşada bir neçə klubdan təklif gəlmişdi. Rəşad isə rəhbərliyə Avroliqa oyunlarından sonra təklif gələcəyi halda gedəcəyini bildirmişdi. Əgər “Qarabağ” “Borussiya” səddini keçə bilsəydi, Rəşadın komandanı tərk edəcəyi inandırıcı deyildi. Lakin hadisələrin bu cür inkişafı Sadıqovun ölkəni tərk etməsində önəmli rol oynadı. Bütövlükdə isə, Rəşad hələ ötən mövsüm komandamıza gələn zaman rəhbərliklə belə razılıq əldə olunmuşdu ki, xaricdən təklif gəlsə, gedişinə əngəl yaradılmayacaq. Məhz bu üzdən onun “Əskişəhərspor”a keçidinə problem yaradılmadı.
- “Borussiya”dan söz düşmüşkən, komandanız hər iki oyundakı məğlubiyyətləri unuda bilibmi? Futbolçuların psixolji vəziyyəti nə yerdədir? - Hər iki oyunda gərginlik yüksək idi. Mərhələni keçmək üçün əlimizdən gələni etsək də alınmadı. “Borussiya” güclü komanda olduğunu sübuta yetirdi. Lakin artıq həmin oyunlar geridə qaldı. Hər şey əvvəlki qaydasında davam edəcək. İndi bütün diqqətimizi Premyer Liqa oyunlarına yönəltmişik. İnşallah, növbəti mövsümdə də uğurlu çıxış edərək, azarkeşləri sevindirəcəyik.
- Rəşadın gedişi komandanın müdafiə xəttində əsaslı boşluq yaradacaq. Bəs siz onun mövqeyində hansı futbolçulara şans verəcəksiniz?
- Əlbəttə ki, Rəşad müdafiə xəttinin özəyini təşkil edirdi. Onun gedişi bizim üçün ciddi itkidir. Lakin yenə də deyirəm ki, bu, hər şeydən öncə futbolumuzun inkişafı üçün önəmlidir. Düşünürəm ki, onun yoxluğunda Zaur Həşimov, Aftandil Hacıyev kimi təcrübəli futbolçular Rəşadın mövqeyində inamlı çıxış edəcəklər. Bununla belə, Samir Abasovun da həmin mövqedə oynaması istisna deyil. Ola bilsin ki, Zaur Həşimovun əvəzinə məhz Samir Abasov həmin mövqedə oynasın.
- Devran Ayhanın transferi haqqında nə deyə bilərsiniz? Onunla çoxdanmı maraqlanırdınız?
- Mən onun təcrübəli bir müdafiəçi olduğunu düşünürəm. Futbolçu “Xəzər Lənkaran”dan ayrılandan sonra onu transfer etmək niyyətinə düşdüm. Rəşadın getməsi bu qərarımı daha da qətiləşdirdi. Devranın hansı mövqedə oynayacağı isə məşqlərdən sonra bəlli olacaq.
- AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının əsas heyətini “Qarabağ”ın bir neçə futbolçusu təşkil edir. Onların millinin düşərgəsindən yorğun qayıtması sizi narahat etmir ki?
- Bizim futbolçular artıq buna vərdiş ediblər. Millinin oyunlarında çıxış etmək futbolçuların öz təcrübələrini artırmağa imkan verir. Futbolçuların millinin düşərgəsindən yorğun qayıtması bizim oyunumuza mənfi təsir edəcəyinə ən azı ümid edirəm.
- Premyer Liqanın növbəti turunda sizi “İnter”lə çətin oyun gözləyir. Bu oyunla bağlı fikirlərinizi öyrənmək istərdik…
- Komandamız müntəzəm olaraq məşqlər edir. İstənilən oyuna ciddi hazırlaşırıq. Hər bir oyuna yalnız qələbə üçün çıxırıq. Bütün rəqiblərə qalib gəlmək əzmindəyik. İnanıram ki, “Qarabağ” bu mövsüm də mükafatçılar sırasında olacaq.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı