«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- «Qarabağ» rəhbərliyi Dortmund «Borussiya»sına məğlubiyyəti necə qarşılayıb?
- Əlbəttə ki, biz 0:4 hesablı məğlubiyyət istəmir və gözləmirdik. Təbii olaraq, bu nəticə bizə qane edə bilməz. Bu matça futbolçular yüksək səviyyədə hazırlaşmışdı. Amma hələ hər şeyin sonu deyil. Belə bir stadionda və bu cür möhtəşəm azarkeş dəstəyi altında oynamağın özü gənc futbolçularımız üçün böyük təcrübədir. Hərçənd, istənilən halda biz nəticədə uduzmuşuq və bunun bəhanəsi ola bilməz. Lakin eyni zamanda bir sıra məsələdə biz udmuşuq. Avropanın ən çox azarkeşi olan bu cür möhtəşəm klubun stadionunda «Qarabağ» sədalarının səslənməsinin özü böyük bir uğurdur.
- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Avropa oyunlarında təcrübəmizin yetərli olmaması uğursuzluğa gətirib çıxardı. Həm də bizim futbolçular bu qədər azarkeş qarşısında oynamamışdılar. Bu amil onları çox həyəcanlandırdı. Digər tərəfdən, rəqib də bizdən çox güclüydü. Təbii ki, nəticə hamımızı məyus etdi. İnşallah, Bakıdakı matçda «Qarabağ»ın adına layiq oyunu nümayiş etdirməyə çalışacağıq.
- Bu məğlubiyyətə görə qapıçınız Fərhad Vəliyevin ünvanına xeyli tənqid səslənir.
- Bəli, Fərhada təzyiqlər çoxdur. Amma unutmayaq ki, bu, həmin Fərhaddır ki, «Visla» ilə səfər oyununda penaltini dəf etdi və «Qarabağ»ın növbəti mərhələyə çıxmasında böyük rol oynadı. Onun çempionat oyunlarında bizə çox köməyi dəydi. Bu mənada, məsuliyyəti bir nəfərin üzərinə atmaq doğru olmazdı. Biz bütün oyunları komanda şəklində udmuşuq, eynilə bütün matçları da komanda şəklində uduzmuşuq. Əgər uğursuzluqluq olubsa, başda mən olmaqla bunu bütün komandada axtarmaq lazımdır. Bu cür təzyiqlər gənc və istedadlı qapıçı olan Fərhadı ruhdan sala bilər. Biz Fərhada inanırıq, onu Azərbaycanın ən yaxşı qapıçılarından biri kimi qəbul edirik. Təkrar edirəm, məğlubiyyətə görə, konkret hansısa futbolçumuzu günahlandırmaq fikrində deyilik.
- Almaniyada yaşayan azərbaycanlıların Dortmundda «Qarabağ»a verdikləri dəstəyin səviyyəsi sizi nə dərəcədə qane etdi?
- Çox sağ olsunlar, oyundan əvvəl otelə də gəldilər, matçda isə bacardıqları qədər bizə dəstək olmağa çalışdılar. Bizim üçün 3500 nəfərlik yer ayrılmışdı və orada minədək azarkeşimiz vardı. Sadəcə, stadion çox böyük olduğundan onlar görsənmirdi. Əlbəttə, bir nəfər də, beş nəfər də olsa gəlib stadionda komandamıza dəstək vermələri sevindirici haldır.
- «Borussiya» ilə cavab matçına cəmi iki gün qalıb. Möcüzəyə inanırsınız?
- Futbolda möcülər olur. Bizim bundan sonrakı əsas məqsədimiz isə adımıza layiq oyun nümayiş etdirmək, bu matçı başımızı uca edən şəkildə başa vurmaqdır. Bizim növbəti mərhələyə adlamaq üçün ən azı 4:0 hesablı qələbə qazanmağımız lazımdır. İstəyirik ki, komandamız layiqli oynasın və ən əsası futbolçularımızın özünəinamı geri qayıtsın.
- Avropada bu mərhələyə qədər gəlməsi «Qarabağ» üçün uğur sayıla bilərmi?
- Bildiyiniz kimi, biz əvvəlcədən də söyləmişdik ki, bu il Avropa Liqasında əsas məqsədimiz ötənilki uğuru təkrarlamaqdır. Hədəfimizi gerçəkləşdirdik. Bu il ötən ilkindən daha uğurlu nəticə əldə etdik. Əgər ötən il «Qarabağ» iki mərhələ adlayıb «pley-off»a çıxmışdısa, bu mövsüm biz üç çətin mərhələdən keçdik. Günü-gündən «Qarabağ»ın və Azərbaycan futbolunun səviyyəsi yüksəlir. İnşallah, gələn il biz qrupa düşmək barədə daha rahat danışa bilərik.
- Çempionatda «Qarabağ»ın qarşısına hansı vəzifə qoyulub?
- Bu il də komandanın hədəfi bir olub uğurlar qazanmaqdır. Ötən il «Qarabağ»ın qarşısında nə çempion olmaq, nə kuboku qazanmaq, nə də üçüncü yeri tutmaq vəzifəsi qoyulmuşdu. Amma nəticəni əldə etdik. Biz futbolçularımıza, baş məşqçimizə və onların uğurları təkrarlayacağına inanırıq. Başda klub prezidentimiz olmaqla komandamızın ək yüksək yerlərdən birini tutacağına əminliyimiz var.
- «Transfer pəncərəsi»nin bağlanmasına çox az qalıb. «Qarabağ»da avqustun 31-dək yeni futbolçu görə biləcəyikmi?
- Hələ ki, gündəmdə belə bir şey yoxdur. Amma əlbəttə, Qurban müəllim ehtiyac duyursa, biz rəhbərlik olaraq bu məsələyə baxacağıq.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı