“Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının Unibank Premyer Liqasının cari mövsümünə uğurlu startı və bəzi futbolçuların hazırlığı haqda Qol.Az-ın müxbirinin suallarını cavablandırıb.
- İlk turda “Qarabağ”la heç-heçə etsəniz də, ardından qazanılan iki qələbə sayəsində turnir cədvəlində liderliyi ələ almısız. Bəs baş məşqçi kimi komandanızın sərgilədiyi oyundan özünüz razısınızmı?
- Düzdü, açılış oyununda komanda elə də yaxşı təsir bağışlamadı. Çünki həm ilk oyunumuz idi, həm də “Qarabağ” kimi ölkəmizin ən güclü klublarından birinə qarşı oynayırdıq. Nəticədə ilk oyunda 1 xalla kifayətləndik. Amma sonrakı oyunlarda komanda qələbə qazana bildi. Hər halda oyundan oyuna futbolçularımız öz sözünü deməyi bacarır. Biz hazırlıq dövründə çox yaxşı forma yığmışdıq. Hazırda heyətimizdəki futbolçular hazırlıq dönəmindəki, yoldaşlıq görüşlərindəki oyunu tam ortaya qoya bilməsələr də, 70 faiz buna nail olduqlarını deyə bilərəm. Yəqin ki, zaman keçdikcə, tam istədiyimiz oyunu da göstərə biləcəyik. Hələlik göstərilən oyun bir baş məşqçi kimi şəxsən məni qane etmir. Mən sırf “Neftçi”nin keçmişdəki oyununu sərgiləyən, komandamızın öz oyun ənənələrini nümayiş etdirə biləcək komanda görmək istəyirəm. Düzdür, həm “Qəbələ”, həm də “Simurq”la qarşılaşmalarda buna qismən nail olduq. Amma hələ görüləsi işlərimiz var. Futbolçularımız öz üzərində daha çox işləməlidir.
- Bəs ayrı-ayrı oyunçulardan kimlər sizin ümidlərinizi doğrultmur? Məsələn, son oyunda siz millimizin də şərəfini qoruyan Fərid Quliyevin çıxışından narazı qaldınız və ilk yarını sonadək oynamasına da imkan vermədiniz…
- “Neftçi”nin hazırda 25 futbolçudan ibarət geniş heyəti var. Belədə təbii ki, bütün oyunçuların meydana çıxması mümkünsüzdür. Biz geniş heyəti ona görə qurmuşuq ki, oyunçular arasında güclü rəqabət olsun və həmin rəqabət nəticəsində də ən güclü, hazırlıqlı olanlar start heyətində yer alsın. Özünüz də görürsüz ki, Emil Mpenza kimi tanınmış, güclü hücumçu bizdə ehtiyatda qalır. Düzdür, “Qarabağ”la matçda ona start heyətində yer vermişdim. Ancaq oyunuyla göstərdi ki, hələ tam hazır deyil, zamana ehtiyacı var. Belədə digər hücumçulara şans vermək məcburiyyətində qaldım. Mən hər bir futbolçumuza şans verirəm. Bu şansları dəyərləndirmək isə onların özlərindən asılıdır. Mpenza şansından istifadə etmədi, indi ehtiyatda qalır və son dəqiqələrdə meydana daxil olur. Fərid “Qəbələ”ylə səfər oyununun sonlarında meydana çıxsa da, yaxşı təsir bağışladı. Ona görə “Simurq”la qarşılaşmada ilk dəqiqələrdən oynatdım. Amma 35 dəqiqə ərzində o, verdiyim tapşırıqların heç birinin öhdəsindən gələ bilmədi. Ona görə də dəyişmək məcburiyyətində qaldım. Futbolçu 10 dəqiqə də oynasa, bir hissə də oynasa, öz şansından maksimum yararlanmalıdır. Bu, hər futbolçumuza aiddir. Ruslan Əmircanovun mövqeyində Alessandro Viana da Silva çıxış edir, Ruslan Abışovun əvəzində meydana Denis Silvanı buraxmışdım. Digər oyunçularımız da var ki, hər biri forma şansı gözləyirlər. Biz də onların hər birinə şans verib, ən yararlılarının xidmətindən istifadə etmək istəyirik ki, komandamıza lazımı nəticələri qazandırsınlar. Heyətimizdəki oyunçulardan heç biri hazırlıqlı olduğu halda, kənarda qaldığını iddia edə bilməz. Legionerlərdən tutmuş gənclərimizə qədər.
- Heyətdəki 25 futbolçuyla kifayətlənəcəksiz, yoxsa yeni transferlər etməyi planlaşdırırsız?
- Çox güman ki, yeni transfer olmayacaq. İxtiyarımızdakı futbolçularla kifayətlənmək fikrindəyik. Bir oyunçunu heyətimizə qatmağı planlaşdırsaq da, bu transfer baş tutmadı.
- Bilmək olar hansı oyunçunu almaq istəyirdiz?
- Bildiyiniz kimi, Rusiya çempionu "Rubin"lə klubumuz arasında qarşılıqlı futbolçu mübadiləsi haqqında əməkdaşlıq müqaviləsi var. Biz elə məhz bu əməkdaşlıq çərçivəsində həmin komandadan özbəkistanlı hücumçu Bahodir Nasimovu icarəyə götürmüşük. Nasimov yoxlama matçları da daxil olmaqla, Premyer Liqada ümidlərimizi doğrultdu. “Rubin”lə əməkdaşlığımızın davamı olaraq, bu günlərdə onların daha bir futbolçusu Vaqiz Qaliulin də düşərgəmizə məşq keçməyə gəlmişdi. Onu yoxlayıb, heyətimizə qatmağı da düşünürdük. Fikirləşirdim ki, xeyli vaxt var və məşqlərimizdə onu hərtərəfli yoxladıqdan sonra heyətimizə qatarıq. Ancaq təəssüf ki, bu, baş tutmadı. Ona ailəsindən zəng gəldi və bildirdilər ki, atasının səhhəti pisləşib. Belədə onu yola salmalı olduq. Bununla da hazırkı transfer pəncərəsi üçün fəailləyitimizi başa çatdırmış olduq. Avqustun sonunadək hansısa oyunçu almağımız gündəmdə deyil.
- Qaliulin məhz sizin istəyinizlə gəlmişdi, ya “Rubin” rəhbərliyi göndərmişdi?
- Onlar bizə belə bir futbolçularının olduğunu bildirdilər. Guya əsas heyətə düşə bilmirmiş və oyun təcrübəsi qazanmaq üçün bizə təklif etdilər. Biz də yoxlayıb, qərar vermək istəyirdik. Amma hadisələrin inkişafı transferin alınmasına şərait yaratmadı. İnşallah, növbəti transfer pəncərəsi dövründə bu oyunçunu yenidən düşərgəmizə dəvət etməyi düşünürük. Ancaq hazırkı durumda bu baş tutmayacaq. “Rubin”lə əməkdaşlıq çərçivəsində bizim də oyunçularımızın Rusiyaya yollanması nəzərdə tutulub. Araz Abdullayev, Tərlan Quliyev kimi gənclərimizin onların düşərgəsində olması haqda danışıqlar olub. Yəqin ki, bu əməkdaşlıq gələcəkdə daha böyük miqyasda layihələrlə zəngin olacaq.
- Növbəti turda sizi çətin oyun gözləyir. “İnter”lə oyunlarda uğurlu seriyanı davam etdirəcəyinizə inanırsınızmı?
- Çox çətin və maraqlı oyun olacaq. Hər iki komanda liderlər qrupunda qərarlaşıb. Həm onlar, həm də biz qələbə üçün oynayacaq. Azarkeşlərin maraqlı və gərgin oyun izləyəcəyi dəqiqdir. Ancaq biz artıq bu komandaya qalib gəlməyin yollarını artıq bilirik. O vaxt baş məşqçi postuna yeni gələndə kubok çərçivəsində “İnter”ə məğlub olsaq da, “altılıq” çərçivəsində qisasımızı aldıq. Bir oyunda qalib gəldik, digərində isə heç-heçə etdik. Bu dəfə də inşallah uğurlu oyunlarımızı davam etdirməyə, liderliyimizi qorumağa çalışacağıq. Bunun üçün isə yalnız və yalnız qələbə qazanmağımız lazımdır.
- Komandanızın heyətində belə vacib oyun ərəfəsində itki yoxdur ki?
- İtki yoxdur. Amma komandamızın 9 futbolçusu milli komandanın heyətinə çağırılıb. Buna görə də, ayın 26-dək həmin oyunçularımız düşərgəmizdə olmayacaq. Heyət üzvlərinə bir günlük istirahət vermişdik. Bu gün səhərdən isə artıq ilk məşqimizə çıxdıq. “İnter”lə oyuna kimi hər gün bir məşqlə hazırlıq keçəcəyik. Ümidvaram ki, hər şey qaydasında olacaq və qarşıdakı prinsipial qarşılaşmada da “Neftçi”nin adına layiq nəticə qazanacağıq.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı