Bu gün Unibank Premyer Liqasında 3-cü turun görüşlərinə start veriləcək. Qol.Az-ın məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq ki, ilk qarşılaşma Gəncədə oynanılacaq. Cari mövsümdə ikinci dəfə doğma azarkeşləri önündə oyuna çıxan meydan sahibləri ilk iki turu itkisiz başa vuran AZAL-ı qəbul edəcək. Yəni gəncəlilər “İnter” və “Xəzər Lənkəran”la yanaşı çempionata şərikli liderlik edən “təyyarəçilər”i dayandırmalıdır. Lakin qərb təmsilçisinin buna nə dərəcədə nail olacağını zaman göstərəcək. Hər iki komandanın çalışdırıcısı yerli olduğundan, bu qarşılaşma həm də Nazim Süleymanovla Fuad İsmayılovun şəxsi dueli baxımından da az maraq kəsb etmir.
Premyer Liqaya paytaxt klubuyla birgə şərikli liderlik edən digər iki komanda isə bir-biri ilə qarşılaşacaq. Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” və “İnter” arasındakı görüş xal itirməməklə yanaşı, qol da buraxmayanların dueli olacaq. Son ölkə çempionunun çalışdırıcısı Kaxaber Sxadadzenin yeni rəqiblərindən olan Mirça Redniklə duelindən nə dərəcədə üzüağ çıxacağı da maraqla gözlənilir.
Günün son oyununda isə “Neftçi” “Simurq”u qəbul edəcək. Turnir cədvəlində 4-cü pillədə qərarlaşan və özündən irəli buraxdığı 3 liderdən sonra meydana çıxacaq “ağ-qaralar” rəqiblərinin oyunlarının nəticəsindən xəbərdar olacaq. Belədə flaqman hadisələrin uğurlu axarı nəticəsində zirvəyə də qalxa bilər. Lakin bunun üçün hələ ki, öz sözünü deyə bilməyən Haciyevskinin gənc komandasına mütləq qalib gəlmək lazımdır.
Sabah keçiriləcək görüşlər isə bu günkü oyunlara nisbətən elə də böyük maraq kəsb etməyəcək. Ən azı ona görə ki, bazar günü meydana çıxacaq komandaların heç biri zirvəyə yüksələ bilməyəcək. Rəqiblərini Suraxanı qəsəbə stadionunda qəbul edən iki komanda – MOİK və “Qarabağ”, həmçinin əyalət təmsilçiləri “Turan”la “Muğan” eyni vaxtda meydana çıxacaqlar. “Hərbçilər” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Borussiya”dan ağır zərbə alan “Qarabağ”ın durumundan yararlana bilər. Lakin Qurban Qurbanovun komandası da almanlarla evdə keçirəcəyi cavab oyunu ərəfəsində əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. İlk iki oyunda məğlubiyyətləri sıralayan tovuzlular isə ilk qələbəni qazanmaq üçün yalnız “doğma divarlar”ın köməyinə ümid edəcək. Lakin onların ötən tur çempionluğa iddialı “Bakı”ya məğlubiyyət yaşadan Salyan klubuyla dueldən nə dərəcədə üzüağ çıxacağını zaman göstərəcək.
Hesabat turuna “Bakı”yla “Qəbələ” arasındakı matçla yekun vurulacaq. Ötən mövsüm uğurla çıxış edən klublar gerçəkləşdirdikləri baş məşqçi dəyişikliyi və heyətdəki islahatlardan sonra hələ ki, ümidləri doğrultmurlar. Paytaxtdakı görüş bütün dünyada tanınan simaların – Vinfrid Şeferlə Toni Adamsın dueli kimi də əlamətdar olacaq. Onların hər ikisi Azərbaycan çempionatında ilk xalını və qələbəsini bayram etməyə çalışacaq. Məğlubların qarşılaşması məhz uğursuz sindroma hansı komandanın daha tez son qoyacağı baxımından az əhəmiyyət kəsb etmir.
Unibank Premyer Liqası
3-cü tur
20 avqust (şənbə)
"Gəncə" - AZAL
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu. Saat 18:00
"Xəzər Lənkəran" - "İnter"
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Səfər Haşımov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 20:00
"Neftçi" - "Simurq"
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
22 avqust (bazar)
MOİK - "Qarabağ"
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Yaşar Abbasov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18:00
"Turan" - "Muğan"
Hakimlər: Anar Salmanov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Orucəli Durmuşov
Tovuz şəhər stadionu. Saat 18:00
"Bakı" - "Qəbələ"
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Akif Məmmədov
T.Bəhramov adına Respublika stadionu. Saat 20:00
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | "İnter" | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 2 | "Xəzər Lənkəran" | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 3 | AZAL | 2 | 2 | 0 | 0 | 4-2 | 6 |
| 4 | "Neftçi" | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
| 5 | MOİK | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 6 | "Muğan" | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 7 | "Gəncə" | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 8 | "Qarabağ" | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 9 | "Simurq" | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
| 10 | "Bakı" | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
| 11 | "Qəbələ" | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
| 12 | "Turan" | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir
"Liverpul" - "Qarabağ" oyununun ən yaxşısı seçildi