Avroliqanın pley-off mərhələsində «Qarabağ»ın rəqibi olan Dortmundun «Borussiya» klubunun baş məşqçisi Yurgen Klopp Almaniya mətbuatına müsahibə verib. Müsahibədə o. «Qarabağ»la qarşıdakı oyunlar haqda danışıb.
- Komandanızın hazırlıq prosesindən razısınızmı? Almaniya kubokunda keçirdiyin son oyunu «Qarabağ»la qarşılaşma ərəfəsində nə dərəcədə ciddi sınaq hesab etmək olar?
- Hazırlıq yaxşı keçib. Amma mən hazırlıqdan tam olaraq o zaman razı qalıram ki, bu, keçirdiyimiz oyunların nəticəsində əksini tapır. Mən görürəm ki, komandamız çox şeyə qadirdir.
- Avroliqadakı rəqibiniz olan «Qarabağ»ın göstərdiyi nəticələrdən xəbəriniz var?
- Mənim köməkçim Peter Kravets «Qarabağ»ın Azərbaycan çempionatındakı oyununu stadiondan izləyib. Biz həmçinin bu komandanın «Visla» ilə oyunlarının videoyazısına baxmışıq. Deməliyəm ki, «Qarabağ» ciddi rəqibdir. Bu komandanın heyətində Azərbaycan millisinin üzvü olan 7-8 səkkiz futbolçu var. Bu, əsl futbol oynamağı sevən gənc bir komandadır. Amma əlbəttə ki, «Borussiya» bu cütlüyün favoritidir. Hərçənd, bu o demək deyil ki, biz arxayınlaşmalıyıq.
- Əgər «Borussiya» mərhələni keçə bilməsə, o zaman nə deyəcəksiniz?
- Məğlub olacağımız təqdirdə nə edəcəyim haqda düşünmək üçün vaxtımız olacaq. Amma mən irəliyə baxmağı sevirəm. Bizim məqsədimiz Avropa Liqasının qrupunda oynamaqdır. Mən eyni sözləri bu mərhələdə «Qarabağ»la deyil, «Yuventus» və «Liverpul»la düşsəydik də deyərdim. Amma püşk bizə «Qarabağ»ı bəxş edib və mən buna görə ağlamalı deyiləm. «Qarabağ» ciddi rəqibdir. Obrazlı desəm, ofisiant bizə yaxşı bir meyvə gətirib və biz onu yeməliyik.
- Sizə elə gəlmirmi ki, «Borussiya» artıq Avroliqa yox, Çempionlar Liqasında oynamaq barədə düşünməlidir?
- Avropa Liqası UEFA-nın bayrağı altında keçirilir və ciddi bir turnirdir. Bəlkə də «Bavariya» kimi bir klub Avroliqada oynamağına sevinməzdi. Amma bizim üçün bu yarışda çıxış etmək xoşbəxtlikdir və biz bu turnirdə məmkün olduğu qədər irəliləməliyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi