Sabah “Qarabag” “Borussiya” ilə Avroliqanın pley-off mərhələsinin ilk oyunu üçün Almaniyaya yola düşür. Səfər ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qurban bəy, komandanız yorğunluğu üzərindən çıxara bilibmi?
- Hazırlıq plan üzrə gedir. Hələ ki, futbolçularda yorğunluq hiss olunur. Buna normal yanaşmaq lazımdır. Oyundan bir neçə gün sonra vaxt lazımdır ki, bərpa prosesi tamamlansın.
- Bu gün də (söhbət dünən gecə olub - red.) komandanız fərqli məşq etdi. “Qarabağ” 81 minlik “Borussiya” fanat ordusunun sədaları altında hazırlaşdı. Sizcə, bunun nə dərəcədə effekti var?
- Futbolçularımızın Almaniyadakı oyuna tam hazır olması üçün bütün vasitələrdən istifadə olunur. Çalışırıq ki, onlar həm rəqib, həm də azarkeş təzyiqinə tab gətirə bilsin. Bunların nə dərəcədə köməyi olacağını oyun göstərəcək.
- Vaqif Cavadovun komandaya keçidi məsələsi nə yerdədir?
- Hələ ki, məsələ açıq qalıb. Ortada bizə aid olmayan nüanslar var.
- “Tvente” futbolçunu “Qarabağ”a buraxırmı?
- Bilinmir. Bunun üçün klublar arasında danışıqlar gedir.
- Rəqib haqda nə fikirdəsiniz?
- “Borussiya”nın güclü klub olması bizə yaxşı məlumdur. Rəqib komanda ötən mövsüm bundesliqanı 5-ci pillədə başa vurub. Bu gün internet vasitəsilə “Borussiya”nın 3-cü bundesliqa təmsilçisi “Vakker Burqhauzen”lə kubok oyununu izlədim. Deyərdim ki, rəqib yarışlara tam hazırdır. Ancaq futbolda mümkünsüz heç nə yoxdur. Səfər oyununda sona kimi mübarizə aparacağıq.
- Almaniyada hansı nəticəyə ümid etmək olar?
- Bu haqda nəsə deyə bilmərəm. Çalışacağıq ki, layiqli müqavimət göstərək.
- Start heyəti müəyyən etmisinizmi?
- Tam qərara gəlməmişəm. Bir neçə variant üzərində işləyirik. Bu haqda Almaniyada qərar verəcəyəm. Səfərdə, bazar ertəsi günü “Borussiya”nın “Mançester Siti” və “Arminiya” ilə oyunlarının videokasetini bizə təqdim edəcəklər. Bunlara baxdıqdan və bir neçə variant yoxlandıqdan sonra qəti qərar qəbul olunacaq.
- Sağ cinahdan başqa digər mövqelərdə dəyişiklik gözlənilirmi?
- Xeyr, ciddi dəyişiklik olmayacaq. Bu mövqeylə yanaşı, mərkəz xəttində də nəsə ola bilər.
- Sağ cinahda daha çox kimə şans vermək istərdiniz: Vüqar Nadirov, yoxsa Georgi Adamiyaya?
- Hələ ki, tam qərara gəlməmişəm.
- Sizcə, ilk oyunda hansı nəticə qaneedici olar?
- Bəlkə də minimal hesablı məğlubiyyət də sərf edər. Çalışacağıq ki, ən azı qol buraxmayaq, maksimum səy göstərəcəyik ki, qol vuraq. - “Borussiya”nın titullu komanda olması gənc futbolçularınızı qorxuya salmayacaq ki?
- Rəqib böyük tarixə malik, köklü klubdur. Təkcə bir faktı deyək ki, Çempionlar Liqası kimi yarışın qalibi olub. Futbolçular üzərində psixoloji gərginliyin olması qaçılmazdır. 81 min azarkeş qarşısında oynamaq asan olmayacaq. Ancaq “Borussiya”nın adı və titullarından, həmçinin fanatlarından qorxmaq lazım deyil. Komandamızda çoxları millinin heyətində yığma səviyyəsində daha güclü rəqiblərə qarşı oynayıblar. Ancaq klublararası mübarizə fərqlidir. Düşünmürəm ki, oyunçularımız nədənsə çəkinəcəklər. Arzu edirik ki, komandamız gözəl stadionda, eləcə də güclü rəqibə qarşı oynasın. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
- Komandanıza yeni gələn gürcü futbolçu Beka haqda nə fikirdəsiniz?
- O, özü xahiş etmişdi ki, məşqlərimizə qatılsın, yoxlamadan keçsin. Böyük ehtimalla bu futbolçunu heyətə qatmayacağıq.
- Türkiyə səfəriniz zamanı Raykaarddan məsləhət aldığınız deyilir...
- Bu, doğru deyil. İstanbula şəxsi işlərimlə bağlı səfər etmişdim.
- “Bursaspor”un “Borussiya” ilə yoldaşlıq matçının videokasetini əldə etməmisiniz ki?
- Videokaset almasam da, onların köməkçi məşqçisi ilə danışmışam. Yenə də əlaqə saxlayacağam.
- Azərbaycanda çalışan Almaniyadan olan məşqçi Şefer və həmin ölkədə oynamış futbolçuların rəqib haqda fikirləri ilə tanış olmusunuzmu?
- Bəli. Hər bir məlumat bizim üçün köməkdir. Buna görə öz fikirlərini bildirənlərə təşəkkür edirəm.
- Foqstdan necə, məlumat ala bilmisiniz?
- Olub, sağ olsun. Mən nəsə deməmişdim. Püşkatmadan bir neçə gün sonra Foqts bizə yazılı surətdə bəzi məlumatlar təqdim edib.
- Komandanıza uğurlar arzulayırıq.
- Çox sağ olun.
Mənbə: supersport.az
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi