Bu gün Unibank Premyer Liqasında 2-ci turun oyunları start götürəcək. Qol.Az-ın məlumatına görə, ilk turdan fərqli, bu dəfə azarkeşlər bütün komandaları meydanda görə bilməyəcək. Məsələ burasındadır ki, avrokuboklardakı mübarizəsini davam etdirən “Qarabağ”ın Almaniya “Borussiya”sı ilə oyunlara daha rahat hazırlaşmasına şərait yaratmaq üçün Peşəkar Futbol Liqası Ağdam klubunun “Gəncə” ilə görüşünü təxirə salıb. Bu isə ikinci turda cəmi 5 oyunun baş tutacağı anlamına gəlir.
İkinci tura bu gün baş tutacaq yeganə oyunla - AZAL - “Turan” qarşılaşmasıyla start veriləcək. Cari mövsümə son ölkə kubokunun sahibi “Bakı” üzərində sensasion qələbə ilə başlayan Nazim Süleymanovun komandası ardıcıl ikinci qələbəsini qazanmaqla, müvəqqəti də olsa, vahid liderliyə yüksəlmək iddiasındadır. Açılış turunda doğma meydanda son ölkə çempionu “İnter”ə böyükhesabla yenilən “Turan” isə “təyyarəçilər”lə qarşılaşmada həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Turun qalan oyunları isə sabah keçiriləcək. Salyanda yerli “Muğan” son ölkə kubokunun sahibi “Bakı”nı qəbul edəcək. Premyer Liqaya eyni hesablı (2:3) məğlubiyyətlərlə başlayan Salyan və paytaxt klubları indi ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Məlum olduğu kimi, “Muğan”la “Bakı”nı müvafiq olaraq bosniyalı Almir Hurtiç və alman Vinfrid Şefer çalışdırır. Deməli bu iki əcnəbi məşqçi də ilk şəxsi duellərinə çıxmış olacaq. Maraq üçün onu da qeyd edək ki, “Muğan” indiyə qədər paytaxtın eyni adlı təmsilçisi ilə görüşlərdə qol vura bilməyib. Deməli onlar ölkəmizdə ilk əyalət səfərinə çıxan almaniyalı mütəxəssisin komandasıyla oyunda həm də bu sindromu qırmağa çalışacaqlar.
Zaqatalada isə makedoniyalı Qyoko Hacıyevski ilə rumıniyalı Mirça Rednikin dueli baş tutacaq. Vaxtilə “Bakı” ilə ölkə çempionu olmuş makedoniyalı mütəxəssis üçün “Xəzər Lənkəran” nə qədər tanış rəqibdirsə, rumıniyalı üçün “Simurq”u “sirli qutu” hesab etmək olar. Çünki heyətini tamamilə yeniləyən bölgə təmsilçisi tam fərqli siyasət yürütməyə başlayıb və Haciyevskinin bu komandaya nə kimi yeni oyun çalarları gətirdiyini hələlik hamı bilmir. Yeri gəlmişkən ilk turda səfərdə “Gəncə”ylə bərabərə qalan (1:1) “Simurq” doğma meydanda ilk matçına çıxacaq. Açılış turunda “Qəbələ”yə minimal hesabla qalib gələn Mirça Rednik isə “Xəzər Lənkəran”la ilk səfər matçına çıxır.
İkinci turun mərkəzi oyununda isə “Qəbələ”ylə “Neftçi” üz-üzə gələcək. Bu qarşılaşma meydan sahiblərinin ingilis çalışdırıcısı Toni Adamsın doğma divarlar arasında ilk matçı olacaq. Açılış turunda səfərdə “Xəzər Lənkəran”a minimal hesabla yenilən qərblilər indi həmin məğlubiyyətin qisasını paytaxt klubundan almağa çalışacaq. Yeri gəlmişkən bu oyun Adamsın yerli mütəxəssislərlə ilk dueli olacaq.
Hesabat turuna “İnter” və MOİK arasındakı paytaxt derbisi ilə yekun vurulacaq. Kaxaber Sxadadzenin komandası “Turan”ın ardınca digər autsayder üzərində də qələbə qazanmaqla, uğurlu çıxışını davam etdirməyə çalışacaq. Lakin “hərbçilər”in ilk turda “Muğan” üzərində qazandığı qələbə son ölkə çempionunu çəkindirməyə bilməz.
Unibank Premyer Liqası
2-ci tur
14 avqust
20:00. AZAL - "Turan"
Hakimlər: Əfqan Həmzəyev, Habil Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu.
15 avqust
18:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Orxan Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ. Şəhər stadionu.
18:00. "Muğan" - "Bakı"
Hakimlər: Elnur Muradov, Elman Musayev, Eldar Nağıbəyov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Nizami Şərifov.
Salyan. Olimpiya İdman Kompleksinin stadionu.
18:00. "Simurq" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu.
20:00. "İnter" - MOİK
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?