“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Tuyqun müəllim, Rumıniya mətbuatı komandanızın yeni baş məşqçisi Mirça Rednikə istinadən transfer gündəminizdə olan Zie Diabatenin “Xəzər Lənkəran”a keçidinin baş tutmayacağını bəyan edib. Siz həqiqətən də artıq onun keçidindən əlinizi üzmüsünüzmü?
- Rumıniya mətbuatının komandamızın transferləri haqda əksər xəbərləri həqiqəti əks etdirməsə də, qeyd etməliyəm ki, Diabate həqiqətən bizim transfer siyahımızda var idi. Biz həm onun özüylə, həm də klubu Buxarest “Rapid”i ilə danışıqlar aparırıq. Lakin xeyli müddətdir davam edən danışıqlar hələ ki, müsbət nəticə verməyib. Biz digər oyunçuların keçidini də uzun danışıqlardan sonra rəsmiləşdirə bildik. Diabate ilə də bağlı eyni çətinliklər hökm sürməkdədir. Rumıniya mətbuatı bu futbolçunun artıq komandamıza gəlişinin alınmayacağını vurğulasa da, biz hələ də danışıqlarımızı davam etdiririk və ümid edirik ki, baş məşqçimizin sərəncamında görmək istədiyi Diabateni də sıralarımıza qata biləcəyik.
- Diabate hazırda transfer etmək istədiyiniz yeganə oyunçudur, yoxsa başqa futbolçularla da maraqlanırsız?
- Hələ transfer pəncərəsinin bağlanmasına xeyli vaxt qalır. Biz də çalışırıq ki, bu müddət ərzində komandamızın lazımı mövqelərinə baş məşqçimizin ehtiyac duyduğu futbolçuları alaq. Diabate ilə yanaşı başqa oyunçuları da diqqətdə saxlayırıq və danışıqların nəticəsindən asılı olaraq başqa oyunçuların da Lənkərana gəlməsi mümkündür.
- Rednikin gətirdiyi bütün oyunçular demək olar ki, Rumıniyadan olan və ya bu ölkədə top qovan futbolçulardır. Bu amil sizin üçün hansısa narahatlıq doğurmur ki?
- Xeyr, heç bir narahatlıq doğurmur. Əslində bu, təbii bir şeydir. Çünki hər bir baş məşqçi vaxtilə rəhbərliyi altında oynamış, keyfiyyətlərinə, oyun tərzinə bələd olduğu, tanış futbolçuların xidmətindən yararlanmağa çalışır. Biz də Rednikin bu siyasətinə hörmətlə yanaşırıq və onu dəstəkləyirik. Həm də Rednikin ancaq öz həmyerlilərinə güvəndiyini də kimsə iddia edə bilməz. Məsələn, məhz yeni məşqçimizin istəyi ilə argentinalı Dieqo Ruisi, latviyalı Denis Romanovla anlaşdıq. Yeri gəlmişkən, sizə bir maraqlı məqamı da deyim ki, yeni qapıçımızın həyat yoldaşı azərbaycanlıdır. Yəni Romanov üçün ölkəmiz heç də yad deyil (gülür).
- Rumıniya mətbuatı aldığınız hər oyunçuya kifayət qədər yüksək məbləğli qiymətlər qoyur. Bilməz istərdik ki, həmin rəqəmlər nə dərəcədə həqiqəti əks etdirir?
- Gəlin razılaşaq ki, Rumıniya mətbuatının klubumuza, futbolumuza bu dərəcədə yaxından maraq göstərməsi həm normal, həm də müsbət hadisədir. Çünki onların ölkəsini təmsil edən tanınmış məşqçilərdən biri, həmçinin xeyli sayda futbolçu artıq klubumuza xidmət edir. Lakin qeyd etməliyəm ki, onların yazdığı rəqəmlər heç də həqiqəti əks etdirmir. Əslində danışıqlar apardığımız klublarla da, oyunçularla da öncədən belə razılıq əldə edirik ki, həm qarşı tərəf, həm də biz maliyyə tərəfini tam gizli saxlayaq. Odur ki, həmkarlarınızın elə faktlardan tez-tez istifadə etməsi heç də obyektiv deyil. Məsələn, onlar almaq istədiyimiz, heyətimizə qatdığımız oyunçulara 1-2 milyon avro qiymət qoyur ki, mən sizə tam səmimi deyirəm ki, bu həqiqəti əks etdirmir. Düzdür, klubumuzun prezidenti baş məşqçinin qarşısına elə bir şərt qoymayıb ki, sən ancaq bu qiymətə oyunçu almalısan. Amma biz də hər oyunçuya layiq olduğu pulu veririk. Bir şeyi də deyim ki, elə yüksək məbləğli oyunçuların ölkəmizdə top qovmaq istəməməsi problemi də var. Yəni belə reallıqları da nəzərə almaq lazımdır.
- Bəs onda sirr deyilsə, gətirdiyiniz və danışıqlar apardığınız oyunçuların təxmini olaraq maksimum qiyməti nə qədərdir?
- Bizim danışıqlar apardığımız, aldığımız oyunçular arasında 200 min avroya olan da var, 800 minə olan da. Amma bu qiymətdən yüksək rəqəmlər həqiqəti əks etdirmir. Bunlar da sadəcə təxmini rəqəmlərdir və klubdaxili işlər olduğundan sizə dəqiq rəqəmlər deməyim mümkünsüzdür.
- Rednikin bu qədər yeni oyunçu alması, çəkdiyiniz xərclər belə deməyə əsas verir ki, cari mövsümdə “Xəzər Lənkəran” üçün çempionluqdan başqa istənilən nəticə uğursuzluq hesab olunacaq...
- Təbii ki, “Xəzər Lənkəran”ın qarşısında həmişə çempion olmaq vəzifəsi durur. Baş məşqçinin kimliyindən asılı olmayaraq. Yəni bu transferlər olsaydı da, olmasaydıda, klub prezidenti Rednikin qarşısına ölkə çempionluğunu, kubokunu qazanmaq vəzifəsini qoyub. Bununla yanaşı həm də “Xəzər Lənkəran”ın adına layiq futbol sərgiləmək tələbi də var. Fikrimcə komandamız elə rumıniyalının rəhbərliyi altında çıxdığı ilk oyundan gələcəklə bağlı xoş ümidlər yaratdı. “Qəbələ”ylə mövsümün açılış oyunu məncə, birinci turun ən baxımlı qarşılaşması idi. Bildiyiniz kimi, rəqibimiz də tam fərqli oyun tərzinə yiyələnən, sonadək mübarizə aparmaq gücünə malik oyunçulardan təşkil olunan komandaydı. 90 dəqiqə ayaqüstə, həyəcanla izlədiyimiz görüşdən azarkeşlərimiz də böyük həzz aldılar. Düşünürəm ki, qarşıdakı turlarda oyundan-oyuna daha gözəl futbol sərgiləyən “Xəzər Lənkəran”ı görə biləcəksiz.
- Növbəti turda heç də asan səfərlərdən hesab olunmayan Zaqatalada “Simurq”un qonağı olacaqsınız. Qarşıdakı görüşdən nə gözləyirsiniz?
- “Simurq” həqiqətən də ölkəmizin öndəgedən komandalarından biridir. Haciyevski kimi məşqçisi var. Hansı ki, ölkəmizə gəlmiş ən yaxşı mütəxəssislərdən, sözünü demiş məşqçilərdən biridir. Hazırda onlar yeni komanda formalaşdırırlar. Gənclərdən ibarət “Simurq”da özünü sübut etmək istəyən kifayət qədər perspektivli futbolçular cəmləşib. Çətin olacaq. Amma bizim də əsas məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır. İnşallah, bizim futbolçuların da əllərindən gələni edib, qələbə qazanacaqlarına inanıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi