Milli komandamızın sabiq futbolçusu Bəxtiyar Musayevin Qol.az saytına müsahibəsi
- Hələ ki, millimizə baş məşqçi seçimi olmayıb. Yerli, yoxsa əcnəbi mütəxəssis olsun deyə, çox müzakirə gedir. Sizin bu baradə fikriniz nədir?
- O qədər müzakirələr var ki. Əsas odur ki, milli komandaya kömək edə biləcək, tanıyan biri olsun. Çünki artıq vaxt gedir. Son zamanlar Rəşad Sadıqovun barəsində çox eşidirik. İdeal variant kimi Rəşadı dəyərləndirmək olar. Onun U-21-də işləyəndə nələr etdiyini, necə çalışdığını, bütün gününü bu komandaya həsr etdiyini görmüşəm. Gedib axtarış edirdi, futbolçulara baxırdı, özüm də hamısının şahidi olmuşam. Elə futbolçu var ki, hələ oynadığı vaxt görürsən ki, bunda nəsə var, gələcək üçün də məşqçilik qabiliyyəti görünür. Bunu hər bir futbolçuya demək olmur. Amma Rəşadda bilinirdi. Meydanda da lider idi, meydandan kənarda da. Yenə deyirəm, U-21-də nə cür çalışdığını görmüşəm. Hər gün gedib, bir oyunu izləyirdi, sonra o biri oyunlara baxırdı. Əvəzedici heyətin matçlarını izləyirdi. Buna görə onun bacarığına bələdəm. Bütün kateqoriyaları da bildiyimə görə, yaxşı qiymətlərlə keçib. Məncə, Rəşad milli üçün doğrudan da yaxşı variant olardı. Mənim namizədim elə Rəşaddır.
- Ümumiyyətlə, əksəriyyət yerli məşqçilərin tərəfdarıdır. Əsasən də gənclərin. Ayxan Abbasovun da adı qeyd olunur.
- Bilirsiniz necədir, mən bircə Rəşadı demək istədim. Başqalarına aid nə isə söyləmək istəmirəm. Bütün yerli gənc məşqçilərimizə də uğurlar arzulayıram. Bir şeyi də qeyd edim ki, Qurban Qurbanov millidə işini davam etdirirdi. Sonra Nikola Yurçeviç gəldi. Yurçeviç də göstərdi ki, bu mərhələni çox bərbad keçdi. Bu da ola bilər ki, bəlkə, bir də Qurban Qurbanova müraciət olunsun. Əgər Qurbanov buna razı olsa, bu lap əla variant olar. Ancaq inandırıcı deyil. Yəni mənim şəxsi qənaətim budur.
- Gənc məşqçilərin adının çəkilməsi bəzən təcrübəli mütəxəssislərdə qıcıq yaradır. Məsələn, Ağasəlim Mircavadov son müsahibələrinin birində deyib ki, gənc məşqçilər klubunda nə nəticə qazanıblar ki, millidə çalışsınlar.
- Vallah, mən başqalarının adına nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, hər kəs öz işini layiqincə, sədaqətlə görməlidir. Kim yaxşıdır, ona yaxşı demək lazımdır. Ən əsası, hər kəs öz işi ilə layiqli, ürəkdən məşğul olsun, başqa şeylər güdmədən öz sözünü deyə bilsin. İşləyəndə də xeyirin dəyəcək, işləməyəndə də susmağınla ya da düzgün danışmağınla xeyrin dəyə bilər.
Mən əminliklə Rəşadın adını çəkirəm. Bilmirəm, Ağasəlim müəllim hansı fikirlə deyib. Burada bir yanlışlıq var. Çünki bir çox futbolçu görmüşük ki, karyerasını bitirən kimi məşqçiliyə başlayıb. Van Basten, Klinsmann... Özü də onlar ilk illərində yetəri qədər uğurlu olmuşdular.
- Belə fikirlər də səslənir ki, indiki vaxtda milli komanda elə vəziyyətdədir ki, nə yerli, nə də əcnəbi, ümumiyyətlə, baş məşqçi amili burada rol oynamır. Doğrudandanmı belədir?
- Çox doğru vurğulanıb ki, gərək, futbolumuzun, oyunçularımızın inkişafı üçün nəsə edək. Çünki meydançada olan oyunçulardır. Qapalı qutu kimi məşqçiləri gətirib, külli miqdarda pul ödəməkdənsə, həmin pulu layiqli yerlərə xərcləmək olar. Hamı da uşaq futbolundan danışır. Amma hamısı elə-belə danışıqlardır. Pul artıqdırsa, futbolun inkişafına, uşaq futboluna, yarışların təşkilinə, aşağı yaş qrupları üçün yaxşı şərait yaratmağa xərcləmək olar. Ən əsası da çempionatda komanda sayını artırmaq, futbolu bölgələrə daşımaq lazımdır. Gələn mövsümdən 10 komandanın olacağını deyirlər. Amma minimum 12 komanda olmalıdır. Dəyişiklik etmək lazımdır. Birdən-birə 4 komanda əlavə olunanda nə qəfər futbolçularımız oynaya bilər. Baxırıq ki, əvəzedici heyətləri də birini divizionla birləşdiriblər. Orada normal bir inkişaf olmayacaq. Məsələn, xaricdə 17 yaşlılar aşağı məktəblərdən gəlirlər. Artıq çox şeyi öyrənirlər. Əsas komandalarda da 17-18 yaşlılar 1 il oynayandan sonra 15-20 milyona satırlar. Çünki təməl yaxşı qurulub. Bizdə təməl də yaxşı deyil. Ona görə də Premyer Liqadakı komandaların sayını artırmaq lazımdır. O uşaqlar - 17, 18, 19 yaşlı futbolçular Premyer Liqada oynayıb, artıra bilərlər. Bu şəkildə biz uşaqları qazana bilərək. Yenə deyirəm, bölgələrə də futbolu daşımaq lazımdır. Zaqatalaya, Gəncəyə, Tovuza. Lənkəranda o cür stadion vardı, camaat gəlirdi. Bunları da düşünmək lazımdır. Onlar yenidən Premyer Liqaya qaytarılmalıdır. Bu yöndə AFFA, dövlət layihələr hazırlamalıdır.
- Yığmamızın Millətlər Liqasında rəqibləri müəyyənləşdi. Sizcə, millimiz Monteneqro, Kipr və Lüksemburqun yer aldığı qrupda nə edə bilər?
- Məncə, münasib rəqiblər düşüb. Aşkar favorit göstəriləsi komanda yoxdur. Təxminən bərabər səviyyəli yığmalardır. Monteneqronu bir qədər fərqləndirmək olar. Onların da üstünlüyü sırf klublarda oynayan futbolçuların daha səviyyəli olmasıdır. Onlarda da son zamanlar eniş hiss olunur. Biz əsas öz komandamıza fikir verməliyik. İnkişaf yollarını axtarmalıyıq. Pillə-pillə inkişaf etməliyik. Düzgün, yaxşı oyun olsa, nəticə də gələcək.
- Millimizin üzvləri Ramil Şeydayev və Emil Balayevin Azərbaycana qayıdışı birmənalı qarşılanmadı. Bu haqda nə deyə bilərsiniz?
- Bütün futbol adamları istəyərdi ki, onlar karyeralarına xaricdə, normal çempionatlarda davam etsinlər. Belə olanda milli komandamıza daha çox fayda verərlər. Amma təəssüf ki, qayıtdılar. Yəqin ki, özləri də mətbuatda bildiriblər, istədikləri klublarla anlaşa bilmədilər deyə qayıdıblar. Ümid edirəm, çox qısammüdətli qayıdış olacaq. Arzu edək ki, çempionat bitəndən sonra yenidən onlara təkliflər olsun, gedib, inkişaf etsinlər.
- Bəlkə, onların yaxşı menecerləri olsaydı, başqa xarici klublara gedə bilərdilər?
- Düzdür, menecerlər indiki futbolda böyük rol oynayır. Amma əsas futbolçunun özüdür. İndi elə dövrə gəlmişik ki, hər bir oyunçu üçün belə bir vəziyyət yaranır. Onun hər bir oyununu izləmək olur. Əsas futbolçunun şəxsi göstəriciləridir. Menecer də hər futbolçuya bir təkandır.
Ramiq AĞAMƏMMƏDOV
"Şahdağ Qusar"ın qələbəsindən - Video
Yamal: "Həmişə qaçmaq lazım deyil"
Millimiz son dəqiqələrdə qələbəni əldən verdi
"Şəfa"nın futbolçusundan penta-trik - Video
"Mançester Siti" de Brüyneni kimlə əvəz edəcək?
"Fiorentina" De Xeanın maaşını ikiqat artırmağa hazırdır
Qələbə qolunu 90+2-də vurdular - Video
İspan klubunda yumruq davası - Şəkil
Millimizin UEFA İnkişaf Turniri üçün heyəti bəlli oldu
"Şəfa"dan 6 qol, "Qusar" və "Şahdağ Qusar"dan qələbə
Enrike: "Çempionlar Liqasında dayanmaq fikrində deyilik"
“Qəbələ” Premyer Liqada da iddialı olacaq” – Elvin Yunuszadə
Premyer Liqa tarixində antirekord
Fransa klubu baş məşqçisini istefaya göndərdi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
De Brüyne bu kluba keçmək istəyir
Prosineçki məhkəmə qarşısında
Kadinin durumu bəlli oldu
1-ci liqa klubuna texniki məğlubiyyət verildi
AFFA azarkeşi vurmağa cəhd edən futbolçunu cəzalandırdı
Beş güləşçimiz mübarizəyə başlayır, üçü üçün "bürünc" şansı
Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”
Ramil Şeydayev 67-ci oldu
Haaland yaxında "Mançester Siti"dən ayrıla bilər
"Beşiktaş" 2 xalı bu cür əldən verdi - Video
"Napoli"dən xal itkisi
“Beşiktaş” yenə xal itirdi
Millimizin üzvünün komandası uduzdu
Avropa çempionatında 3 "bürünc" şansı
"Araz-Naxçıvan" "Sumqayıt"ı belə üstələdi - Video
Vaqif Cavadovdan məğlubiyyət şərhi
ÇL-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Van Deyk: "Liverpul"la danışıqlarımda irəliləyiş var"
Ramil Şeydayev və Filip Ozobiçin qolları - Video
"Monteneqroya qələbə üçün gəlmişik" - Siyasət Əsgərov
"Mövsümün sonu gərgin keçəcək" - Ayxan Abbasov
"Qızıl top", yoxsa Çempionlar Liqası? - Mbappe seçdi
"Araz-Naxçıvan" - "Sumqayıt": Heyətlər
İvan Yuriç istefa verdi
"Real"ın 6 futbolçusu "Arsenal"la oyunu buraxacaq