Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun müsahibəsi
- Küveytlə oyuna hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Dünən cəmi bir məşq keçdik. “Qarabağ”ın futbolçuları yorğun görünürdü. Bugünkü məşqdə daha yaxşı təsir bağışladılar. Sabah mən yaxşı oyun tələb edəcəyəm. Futbolçuların da özlərini yaxşı tərəfdən göstərəcəyinə inanıram. Çox şadam ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və Dortmund “Borussiya”sı kimi komanda ilə qarşılaşacaq. Küveytlə oyuna gəldikdə, bu matç qrup mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəyimiz oyun öncəsi sonuncu yoxlama görüşüdür. Sentyabrın 7-də dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağımızı bilirik. Oyunçular həvəslə məşq edirlər.
- “Qarabağ”ın oyun qrafikinin sıx olduğu bir vaxtda, onların futbolçularını yığmaya çağırmaq vacib idi?
- Onlar peşəkar futbolçulardır və hazırlıq prosesinə çağırılmaları normaldır. Neft işçisi gündə 8 saat işlədiyi kimi, futbolçu da hər gün 3-4 saat məşq etməlidir. Bu sənəti futbolçular seçiblər. Yenə deyirəm, təcrübə toplamaq baxımından “Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanması çox vacibdir. İstərdim ki, “İnter” Çempionlar Liqasında, “Bakı” və “Xəzər-Lənkəran” isə Avropa Liqasında mübarizəni davam etdirsinlər. Onlar beynəlxalq oyunlarda başqa cür çıxış edirlər. Xarici klublara diqqət yetirsək, onlar 3 gündən bir oyuna çıxırlar. Biz də onlar kimi futbolçularıq. Ona görə də yorğunluqla bağlı dediyiniz arqumenti başa düşə bilmirəm. Almaniya Bundesliqasında komandalar cümə axşamı Avropa Liqasında çıxış edir, həftəsonu isə daxili yarışlarda gücünü sınayır.
- Ötən həftə də millinin təlim-məşq toplanışı oldu. Hazırlığın yığma üçün nə kimi faydası oldu?
- Yaxşı olardı ki, həmin toplanışda komandanın bütün üzvləri iştirak edəydi. Ancaq komanda tam şəkildə hazırlıq keçə bilmədi.
- Sentyabrda Almaniya kimi güclü komanda ilə qarşılaşacaq yığmamızın elə də güclü olmayan Küveytlə üz-üzə gəlməsi nə dərəcədə düzgündür?
- Biz İngiltərə ilə qarşılaşmaq istəyirik. Həm də hansısa komanda ilə danışıq apararkən bir oyunun səfərdə, digər matçın isə evdə keçirilməsi barədə razılığa gəlinir. Biz ötən il Küveytdə oynamışıq. Ona görə də onları qəbul etməliyik.
- Ötən toplanışa Fabio Luis Ramim, Vurğun Hüseynov kimi oyunçuları dəvət etsəniz də, bu gün onları görmürük. Səbəb nədir?
- Adlarını çəkdiyiniz futbolçulardan başqa da, aramızda olmayanlar var. Biz Almaniyaya 18-20 futbolçu ilə yollanacağıq. Ona görə də toplanışa bu qədər futbolçu çağırmağı məqsədə uyğun hesab etdim.
- Vinfrid Şefer “Borussiya”nın zəif cəhətləri barədə ölkə mətbuatına fikirlərini açıqlayıb. Bəs siz rəqibin zəif cəhətləri barədə hansı fikirləri səsləndirə bilərsiniz?
- O, mənim dostumdur, 8 il bir komandada oynamışıq. Şafer bunu açıqlasa da, mən suala cavab vermək istəmirəm. Onu deyə bilərəm ki, “Borussiya” güclü komandadır. “Qarabağ”ın əsas rəqibi “Borussiya” yox, 70-80 min azarkeş olacaq. Bu gün “Borussiya”nın heyətində yer alan futbolçulardan heç biri Almaniya yığmasında çıxış etmir. (apasport.az)
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi